Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib
Siyasət

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və rəhbərlik etdiyi nümayəndə heyəti mayın 7-də Ankarada Heydər Əliyev Parkını ziyarət edib.

Nazirlər Kabinetindən AZƏRTAC-a bildiriblər ki, Baş nazir Əli Əsədov Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə əklil qoyub.