Qəza-xilasetmə əməliyyatları
Digər xəbərlər

Qəza-xilasetmə əməliyyatları

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

16 iyun FHN Mətbuat xidmətinin məlumatında bildirilir ki, Nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 40 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 7 nəfər, o cümlədən qeyri-çimərlik ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas edilib. Həmçinin, Yuxarı Zeyxur kanalının Qusar rayonu, Gündüzqala kəndi ərazisindən keçən hissəsindən 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Yanğın zamanı 52 nəfər təxliyə olunub.

“Respublika”.