Qarabağda tikinti-quruculuq işləri sürətlə davam edir
Digər xəbərlər

Qarabağda tikinti-quruculuq işləri sürətlə davam edir

30 illik işğal dövründə azərbaycanlıları bir sual narahat edirdi. Görəsən, vaxtsa o torpaqlara qayıda biləcəyikmi? Torpaq güclü olur deyirlər. Harada olmağından, yaşamağından asılı olmayaraq insanı özünə çəkir. Keçmiş məcburi köçkünlərin ötən zaman ərzində doğma yurda, obaya qayıtmaq arzularının ən alisi olub.

Şükürlər olsun ki, Azərbaycan dövlətinin güclü ordu quruculuğu düzgün siyasəti sayəsində torpaqlarımız işğaldan azad edildi. Xalqımız ərazi bütövlüyümüzün sevincini yaşadı. Qaldı, yurd yerlərinin sönmüş ocağını yandırmaq. Ermənistan tərəfindən xarabazara çevrilən kənd şəhərlərimizə yenidən həyat vermək, canlandırmaq. Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazilərimiz düşmənin basdırdığı minalardan təmizlənərək mərhələli şəkildə tikilib qurulmağa başladı. Qarabağda həyat coşdu, qaynadı. Təkcə ölkəmiz deyil, bütün dünyanın marağı bölgəyə yönəldi. Qələbədən az müddət keçməsinə baxmayaraq, artıq sakinlər mərhələli şəkildə öz ünvanları üzrə yerləşdirilir.

Zəngilan rayonunun Ağalı kəndindən başlayan köç prosesi öz intensivliyi ilə diqqəti cəlb etdi. İndi nəinki Ağalıda, Talışda, Laçında işıqlarımız gur yanır. Böyük Qayıdış prosesi üzrə işlər həvəslə davam etdirilir. Cəmi 7-8 aya Laçının böyük bir hissəsi bərpa olunaraq sakinlərin istifadəsinə verildi. Ölkə başçısının da dediyi kimi, işlər bununla bitmir. Hələ qarşıda yeni ünvanlar öz sahibini gözləyir. Yaxın gələcəkdə Ağdam, Qubadlı, Şuşa, Cəbrayıl Füzuliyə köç karvanları yola düşəcək. Bunu tikinti-quruculuq işlərinin sürəti keyfiyyəti bəlli edir. Hər yanda tikinti gedir. Yaşayış evləri, xəstəxana, məktəb binaları inşa edilir. Bütün infrastruktur obyektləri yenidən tikilib hazır vəziyyətə gətirilir.

Mayın 5- Prezident İlham Əliyev Füzuli rayonunun Dədəli kəndinin təməlini qoydu. Layihələndirməyə əsasən kəndin ümumi ərazisi 314 hektardır. 1050 evin tikiləcəyi kənddə 4495 nəfərin, yəni 1129 ailənin yaşayacağı nəzərdə tutulur. Köçürülmə prosesinin birinci mərhələsində kənddə 1373 nəfər məskunlaşacaq. Bu ailələrin yaşaması üçün isə 327 fərdi ev tikiləcək. Bütün bunlar yaxın gələcəkdə həyata keçiriləcək. İşlər bununla da bitmir. Kənddə, həmçinin çoxfunksiyalı inzibati bina, məscid mərasim evi, yanacaqdoldurma məntəqəsi, aptek, 840 yerlik orta məktəb, 100 yerlik iki uşaq bağçası, istirahət yaşıllıq zonaları istifadəyə veriləcək. Eyni zamanda kitabxana, klub bir sıra ticarət obyektləri fəaliyyət göstərəcək.

Dədəli kəndində tarixi köklərimizə bağlılığı, ənənələri qoruyub saxlamaqla bərabər, müasir, modern üslubda yeni kənd salınacaq. Gözoxşayan binalarla yanaşı, kəndin enerji ilə təminatı da yüksək səviyyədə həllini tapacaq. Enerjiyə qənaət məqsədilə kənddə alternativ enerjidən istifadə, istilik tutumlu evlərin layihələndirilməsi nəzərdə tutulan əsas məsələlərdəndir. Görülən işlərlə yanaşı, kənd sakinlərinin məşğulluğunun təmin edilməsi diqqət mərkəzində saxlanılacaq. Dədəli kəndində aparılan tikinti-quruculuq işlərinin 2025-ci ilin noyabr ayında başa çatdırılması planlaşdırılır. Yaxın gələcəkdə Dədəli kəndi ilə yanaşı, rayonun Dövlətyarlı Pirəhmədli kəndində tikinti işlərinə başlanılacaq. Daha 7 kəndin tikintisi üçün layihələndirmə işləri aparılır.

Yaxın gələcəkdə hələ çox yeniliklərin şahidi olacağıq. Sevindirici məsələlərdən biri odur ki, Qarabağ uğrunda haqlı mübarizəmizdə bizi bir çox dövlətlər dəstəklədi. Haqqımız olan Qələbəmizə sevindi, mənəvi dəstək olmaqla bərabər, həm bölgədə aparılan tikinti-quruculuq işlərinə öz töhfələrini verməyi təklif etdilər. Belə dövlətlərdən biri dost, qardaş Özbəkistan oldu. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə məktəb binası inşa edildi. Hazırda 960 şagird yerlik tam orta məktəb binasında işlər uğurla aparılır. Ötən ildən başlanan tikinti işlərinin bu ilin dekabr ayında başa çatacağı planlaşdırılır. Əlbəttə ki, görülən işlərin kökündə dostluq, qardaşlıq münasibətləri dayanır. Füzuli rayonunda yaşayış binalarının tikintisi yüksək səviyyədə davam edir. Ümumilikdə, şəhərdə 813 mənzildən ibarət 38 bina tikiləcək. Binalar 4, 5, 6, 7 mərtəbəli olacaq. Yaşayış kompleksinin tikintisi sürətlə yüksək keyfiyyətlə aparılır. Tikinti işləri 2023- ilin sonuna kimi başa çatdırılacaq. Ərazidə yaşayış binaları ilə bərabər, park, sosial obyektlər, yeraltı yerüstü avtomobil dayanacaqları, istirahət guşələri, uşaq idman meydançaları da yaradılacaq. Görülən bütün işlər Qarabağ bölgəsinin xoş gələcəyinin inkişafının göstəricisidir.

Ramidə YAQUBQIZI,

"Respublika".