Möhtəşəm qayıdış
Siyasət

Möhtəşəm qayıdış

1993- il iyunun 15- Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib

Heydər Əliyev. XX əsrin ən parlaq şəxsiyyətlərindən biri. Hələ ötən əsrin 50-ci illərindən başlayaraq bu dahi insan müstəqil Azərbaycan dövlətinin qurulması naminə milli dövlətçilik fəlsəfəsini, Azərbaycan xalqının inkişafı, tərəqqisi üçün zəruri olan istiqamətləri formalaşdırdı. 1969-cu ildə respublikaya rəhbərliyə gəldiyi ilk gündən Azərbaycanı tənəzzüldən çıxarmaq üçün bütün imkanlarını səfərbərliyə aldı. Qısa bir zamanda Azərbaycanı ittifaq respublikaları arasında ön plana çıxardı.

Ulu öndər öz xalqına, dövlətinə xidmətlərini SSRİ kimi nəhəng bir imperiyanın əsas rəhbərlərindən biri olaraq Kremldə çalışdığı illərdə əzmlə davam etdirirdi. O, Kremldə tək Azərbaycan SSR-in deyil, digər türk respublikalarının da güclü hamisi idi. Bu isə ona rəğbət qazandırmaqla yanaşı, əleyhdarlarının da sayını artırırdı. XX əsrin 80-ci illərin sonlarına doğru artıq Heydər Əliyev Kremldə öz fəaliyyətini şovinizm prinsipləri əsasında quran böyük bir təxribatçı dəstəyə qarşı təkbaşına dayanmışdı. 1987-ci ildə tutduğu vəzifədən istefa verdikdən sonra isə Kremlin Azərbaycandakı əlaltıları onun Vətənə qayıdışına mane olmağa çalışırdılar. Amma xalq sevgisi bütün maneələrə üstün gəldi. Heydər Əliyevin anadan olduğu doğma məkana - Naxçıvana qayıdışı ilk növbədə xalqın ümid çırağını yandırdı.

Ümummilli lider Naxçıvan Ali Məclisinin sədri seçilərək, o dövrdə blokada şəraitində yaşayan, taleyin ümidinə qalmış muxtar respublikanın ağır böhrandan çıxması üçün ardıcıl tədbirlər həyata keçirməyə başladı. O zaman Azərbaycan Respublikasının həyatında həlledici bir mərhələ idi. Ölkə dövlət müstəqilliyinə nail olsa da, respublikanın müstəqilliyini təmin edəcək əsaslar formalaşdırılmamışdı. Xaos, anarxiya baş alıb gedir, sosial-iqtisadi böhran gündən-günə dərinləşir, bir-birini əvəz edən iqtidarların səriştəsiz siyasəti Azərbaycanı fəlakətə sürükləyirdi. Qeyri-qanuni silahlı birləşmələr arasında tez-tez baş verən toqquşmalar vəziyyəti vətəndaş qarşıdurması həddinə qədər gətirib çıxarmışdı. Bakıda hakimiyyət uğrunda silahlı mübarizə gücləndikcə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Azərbaycan ərazilərinin coğrafiyası genişlənir, xarici ölkələrlə münasibətlər gərginləşir, çoxmillətli respublikanın müxtəlif bölgələrində xarici qüvvələrin təhriki ilə separatizm meyilləri baş qaldırırdı.

Məhz belə bir çətin dönəmdə Azərbaycan xalqının kömək umduğu yeganə qüdrət sahibi yenə Heydər Əliyev idi. Ulu öndərlə görüşmək, mövcud vəziyyəti ona çatdırmaq üçün Naxçıvana hər gün yüzlərlə insan yollanırdı. Xalq öz ümummilli liderini onları bu fəlakətlərdən xilas etməyə çağırır, bu çağırış getdikcə israrlı tələbə çevrilirdi. Nəhayət, 1993- il iyunun 15- ulu öndərin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycan vətəndaşlarının Heydər Əliyevə olan ümumxalq sevgisinin daha bir ifadəsinə çevrildi.

Ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətinin varlığını qorudu, müqəddəs bir missiyaya imza atdı, müstəqil dövlətimizin tarixini yaratdı. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993- il iyunun 15- ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Milli Məclisinə sədr seçilməsi ölkəmizin siyasi həyatında keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Ulu öndərin adı ilə bağlı olan Milli Qurtuluş Günü tariximizin şanlı qürur səhifəsinə çevrildi. 1993- il oktyabrın 3- isə ümumxalq səsverməsi ilə ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Heydər Əliyevin qətiyyətli qələbəsi Azərbaycanda yaranmış xaosun tədricən aradan qaldırılmasına zəmin yaratdı. Ancaq o dövrdə cəbhədə vəziyyət ağır olaraq qalırdı. Ermənistan silahlı qüvvələri əvvəlki strateji üstünlüyündən istifadə edərək Azərbaycanın daha bir neçə rayonunu da ələ keçirdi.

Belə bir mürəkkəb vaxtda, 1993- il noyabrın 2- Heydər Əliyevin ölkəni, Vətəni müdafiə etmək üçün xalqa müraciəti cəbhədə vəziyyətin dəyişməsinə, qüvvələrin səfərbər edilməsinə səbəb oldu ermənilərin hücumlarının qarşısını almağa şərait yaratdı. Həmin müraciətdən sonra minlərlə insan könüllü olaraq ordu sıralarına qatıldı Azərbaycan silahlı qüvvələri əks-hücuma keçərək erməniləri geri oturtdu. 1993-1994- illərdə hərb kampaniyası Azərbaycan ordusunun gücü Ermənistanı atəşkəs rejiminə imza atmağa məcbur etdi. 1994- ilin mayında uzunmüddətli atəşkəs rejimi əldə olundu bu saziş Azərbaycan üçün həm iqtisadi, həm canlı qüvvənin qorunub saxlanması baxımından mühüm əhəmiyyət kəsb edirdi.

1994- ildən etibarən Azərbaycanda aparılan iqtisadi islahatların hüquqi bazası formalaşdırılmağa başladı. Torpaq islahatlarının özəlləşdirmənin aparılması üçün qanunlar qəbul edildi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası istiqamətində ciddi qərarlar çıxarıldı. Xəzərin Azərbaycan sektorundakı neft ehtiyatlarının dünyanın aparıcı neft şirkətləri ilə birgə işləməsinə dair sənədlər qəbul olundu, 1994- il sentyabrın 20- "Əsrin müqaviləsi" imzalandı. Bu isə respublikamıza iqtisadi dividendlər gətirməklə bərabər, həm böyük siyasi əhəmiyyət daşıyırdı.

1995-1998-ci illərdə Azərbaycanda iqtisadi həyat nəzərəçarpacaq dərəcədə canlandı, ümumi daxili məhsul, kənd təsərrüfatı məhsulu, sənaye istehsalının artımı müşahidə edildi. Həmin dövrdə dövlətimizin beynəlxalq aləmdə nüfuzu yüksələn xətlə inkişaf edirdi.

1996- ildə keçirilən Lissabon Sammitində keçmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hüquqi cəhətdən əhəmiyyətli, prinsipial qərarlar qəbul edildi. Bundan sonra Azərbaycan diplomatik sahədə hücum mövqeyinə keçdi atəşkəsdən istifadə edərək bir-birinin ardınca beynəlxalq təşkilatlarda erməni təcavüzünü ifşa edən qətnamə qərarların, bəyanatların qəbul edilməsinə nail oldu. Məhz həmin dövrdə Azərbaycan öz müstəqilliyinin dönməzliyini tam təmin etdi, müstəqilliyimiz əbədi xarakter aldı. Ölkəmiz Avropa Şurası kimi nüfuzlu təşkilatın bərabərhüquqlu üzvü, regional təşkilatlarda söz sahibi oldu, Cənubi Qafqaz bölgəsində aparıcı dövlətə çevrildi.

Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün öz inkişafının ən sürətli dövrünü yaşayır. Ümummilli lider Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilib, onun əbədiliyi təmin edilib. Torpaqlarımız 30 illik işğaldan azad olunub. Artıq Qarabağ münaqişəsi tarixdə qalıb. İşğaldan azad edilmiş torpaqlara Böyük Qayıdış başlayıb. Bu qayıdış isə ulu öndərin ölkəyə rəhbərliyinə möhtəşəm qayıdışından qaynaqlanır.

Zümrüd QURBANQIZI,

"Respublika".