Yanğın qısa müddətdə söndürülüb
Digər xəbərlər

Yanğın qısa müddətdə söndürülüb

22 iyun FHN Mətbuat xidmətinin məlumatında bildirilir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yasamal rayonu, Z.Xəlilov küçəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal FHN Dövlət Yanğından Mühafizə Xidməti Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində “VAZ-2121” markalı minik avtomobilinin mühərrik bölməsində baş vermiş yanğın qısa müddətdə söndürülərək digər hissələrinə keçməsinə imkan verilməyib.

Yanğın nəticəsində avtomobilin mühərrik bölməsi yanıb, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

“Respublika”.