DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

PRİQOJİN HƏRBİ HƏRƏKƏTLƏRİ DAYANDIRMAQ HAQDA QƏRAR QƏBUL EDİB

Vaqnerxüsusi hərbi şirkətin başçısı Yevgeni Priqojin Belarus prezidenti Aleksandr Lukaşenkonun hərbi hərəkətləri dayandırmaq gərginliyi azaltmaqla bağlı təklifini qəbul edib. “Reportagentliyinin verdiyi xəbərə görə, bu barədə Belarus mətbuatı məlumat yayıb.

Yevgeni Priqojin açıqlamasında deyib: “Moskvaya 200 kilometr məsafəyə qədər gəldik bir əsgərimizin belə qanı axmadı. Lakin Bundan sonra qan tökülə bilər. Biz isə bunu istəmirik. “Vaqnerkolonunu geri çevirib düşərgəmizə qayıdırıq”.

Bundan əvvəl Lukaşenkonun Yevgeni Priqojinlə danışıqlar apardığı barədə məlumat yayılıb. Məlumatı Belarus prezidentinin mətbuat xidməti təsdiqləyib. Bildirilir ki, vəziyyətin həlli üçünVaqnerdöyüşçüləri üçün təhlükəsizlik zəmanəti ilə sərfəli məqbul variant hazırlanıb.

Qeyd olunur ki, Lukaşenko ilə Priqojin arasında danışıqlar günboyu davam edib.

Eyni zamanda xəbər verilir ki, “Vaqnerqruplaşmasının iyunun 24- həyata keçirdiyi əməliyyatı nəticəsində Rusiya Müdafiə Nazirliyinə məxsus 6 helikopter birAN-26” tipli hərbi nəqliyyat təyyarəsi vurulub.

 

MİTİNTERPOLUN QIRMIZI SİYAHISINDA OLAN TERRORÇUNU MƏHV EDİB

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) “İnterpoltərəfindən qırmızı kateqoriyada axtarılan PKK/KCK terror təşkilatınınicra məclis üzvüƏbdürrəhman Çadırcını Suriyanın şimalındakı Kamışlıda zərərsizləşdirib. Bu barədəTRTtelekanalı məlumat yayıb.

Verilən xəbərə görə, PKK/KCK-nınicra şurasında olan, “Esad Faraşin”, Avropada məsul səviyyədə fəaliyyət göstərdiyi zaman isəAssad Europekod adlarından istifadə edən terrorçu MİT-in hədəf siyahısında idi.

Axtarışda olan terrorçular siyahısında qırmızı kateqoriyada olan İnterpoltərəfindən təqib edilən Ə.Çadırcının Suriyada olduğunu öyrənən MİT bu ölkənin şimalındakı Kamışlı şəhərində araşdırma aparıb. Terrorçu MİT-in təşkil etdiyi əməliyyatla zərərsizləşdirilib.

Qeyd edilir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin terrorçulara qarşı əməliyyatları davam etdikcə PKK-dan qaçışlar davam edir. Nazirliyin sosial media hesabında paylaşılıb: “İraqın şimalındakı sığınacaqlarından qaçan daha 4 PKK terrorçusu Habur Silopi sərhəd məntəqəmizdə təslim oldu. Terrorçuların yeganə çıxış yolu Türkiyə ədalətinə sığınmaqdır”.

 

GÜRCÜSTAN RUSİYA İLƏ SƏRHƏDİ BAĞLAMAYACAQ

Gürcüstan Rusiya ilə sərhədi bağlamaq niyyətində deyil. “Sputnikinformasiya agentliyinin məlumatına görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunur.

İctimaiyyətin artan marağını nəzərə alaraq bildiririk ki, Daryal sərhəd-keçid məntəqəsində vəziyyət sakitdir, keçid məntəqəsi həmişəki rejimdə fəaliyyət göstərir”, - deyə DİN-in məlumatında vurğulanır.

Bununla yanaşı, Daxili İşlər Nazirliyindən verilən açıqlamaya əsasən, heç bir istiqamətə sərnişin ya avtonəqliyyat vasitələrinin axını müşahidə olunmur.

Qeyd edək ki, iyunun 24- Gürcüstan prezidenti Salome Zurabişvili Rusiyada baş verən hadisələrlə əlaqədar ölkə sərhədlərinə nəzarəti gücləndirməyə çağırıb. Salome Zurabişvili baş nazir İrakli Qaribaşviliyə təcili olaraq Təhlükəsizlik Şurasının iclasını çağırmağı tapşırıb.

 

ABŞ KƏŞFİYYATI: “COVID-19” BİOLOJİ SİLAH KİMİ HAZIRLANMAYIB

ABŞ kəşfiyyatında Çinin Uhan Virusologiya İnstitutunda baş verən hadisənin koronavirus pandemiyasına səbəb olduğuna dair heç bir sübut yoxdur. Bu barədə Amerika kəşfiyyat xidmətlərinin ABŞ Konqresinə göndərilmiş hesabatında bildirilir.

Məlumata görə, sənədin məxfilikdən çıxarılan variantı ölkənin milli kəşfiyyat direktorunun ofisi tərəfindən ixtisarlarla açıqlanıb.

Həmçinin sənəddə qeyd olunur ki, ABŞ kəşfiyyat cəmiyyətinin bütün departamentlərinin qiymətləndirməsinə əsasənSARS-CoV-2” virusu bioloji silah kimi hazırlanmayıb.

Bundan əlavə, qiymətləndirmələrə görə, bir sıra Uhan Virusologiya İnstitutunun alimləri ənənəvi laboratoriya üsullarından istifadə edərək koronavirusların genetik formalarını öyrəniblər.

Açıqlamada bildirilir ki, ABŞ kəşfiyyatının bu təcrübələrdəSARS-COV-2”nin istifadəsinə dair heç bir dəlil yoxdur.

 

BLİNKENG7” XARİCİ İŞLƏR NAZİRLƏRİ İLƏ RUSİYADAKI VƏZİYYƏTİ MÜZAKİRƏ EDİB

ABŞ dövlət katibi Antoni Blinken Rusiyadakı vəziyyətiG7” xarici işlər nazirləri Avropa İttifaqının () xarici işlər təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel ilə telefonla müzakirə edib. “Reportagentliyinin verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller danışıqların yekunlarına dair yazılı açıqlama verib.

Dövlət katibi Blinken Rusiyadakı mövcud vəziyyəti müzakirə etmək üçün iyunun 24- Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya -nin xarici işlər təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi ilə telefon danışıqları aparıb”, - deyə diplomat vurğulayıb.

Eyni zamanda, Metyu Miller qeyd edib ki, hadisələrin gedişi daha da inkişaf etdikcə ABŞ müttəfiqləri tərəfdaşları ilə sıx koordinasiyanı davam etdirəcək.

Bununla yanaşı, Jozep Borrel -nin Rusiyadakı hadisələrlə əlaqədar böhranlara reaksiya mərkəzini aktivləşdirdiyini açıqlayıb: “ Xarici Əlaqələr Şurasının bazar ertəsi planlaşdırılan iclasından əvvəl daxilində fəaliyyətləri əlaqələndirirəm böhranlara reaksiya mərkəzinin işini aktivləşdirmişəm”.

 

TÜRKİYƏ ÖZBƏKİSTAN HƏRBİ ƏMƏKDAŞLIĞI YENİ SƏVİYYƏYƏ YÜKSƏLDİR

Türkiyə Özbəkistanın Müdafiə nazirlikləri hərbi-texniki əməkdaşlığı yeni səviyyəyə yüksəltmək niyyətindədirlər. “Sputnikinformasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə Özbəkistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Mətbuat xidmətinin açıqlamasına görə, Özbəkistan Türkiyənin müdafiə nazirləri general-leytenant Bahodir Kurbanov ordu generalı Yaşar Gülər telefon danışığında ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Tərəflər hərbi-texniki əməkdaşlığı yeni səviyyəyə qaldırmaq, döyüş hazırlığı hərbi təhsil sahəsində əlaqələrin daha da intensivləşdirilməsi barədə razılığa gəliblər”, - deyə Müdafiə Nazirliyinin saytında yerləşdirilən məlumatda qeyd olunur.

Eyni zamanda, nazirliyin mətbuat xidməti əlavə edib ki, Kurbanov türkiyəli həmkarını Özbəkistana rəsmi səfərə dəvət edib.

 

ALMANİYA hökumƏtindƏN İXTİSASLI İŞÇİLƏRLƏ BAĞLI YENİ QANUN LAYİHƏSİ

Almaniya Bundestaqı Avropa İttifaqı xaricindən olan ixtisaslı işçilərin ölkəyə girişini asanlaşdıracaq yeni qanun layihəsinin lehinə səs verib. Bu barədəReportagentliyi Almaniya mətbuatına istinadən məlumat yayıb.

Bildirilir ki, əsasən hakim koalisiyadan - Almaniya Sosial Demokrat Partiyası, Yaşıllar Azad Demokrat Partiyasından olan 388 deputat qanun layihəsininlehinəsəs verib. Layihənin əleyhinə 234 deputat səs verib, 31 deputat isə bitərəf qalıb.

Xüsusilə, yeni qanun ixtisaslı mütəxəssislərə hələ işəgötürənlə müqaviləsi olmasa belə, işə daxil olmaq hüququ verir. Bu halda onlar alman dilini, diplomunu təcrübəsini təsdiqləməlidirlər.

Eyni zamanda, vizası üçün müraciət edənin qohumlarının artıq Almaniyada yaşaması ölkəyə daxil olma şansını artıracaq. Həmçinin əcnəbilərə axtarmaq üçün bir il vaxt da veriləcək.

Almaniyanın daxili işlər naziri Nensi Fezer sənədi miqrasiya sahəsində ən mükəmməl qanun layihəsi adlandırıb.

Hazırladı:

Vamiq ABBASOV,

Respublika”.