“Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda tədbir
Region

“Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda tədbir

Mingəçevir Gənclər Evində “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda cağırış yaşlı gənclərlə, Vətən  müharibəsi veteranları və qazilərin görüşü keçirilib. 

Şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul şəxslərinin, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin, mətbuat işçilərinin iştirak etdiyi tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov “Heydər Əliyev müasir Azərbaycan ordusunun qurucusudur” mövzusunda geniş məruzə ilə çıxış etmişdir. O, bildirmişdir ki, Azərbaycan ordusu müasir, müstəqil dövlətimizin memarı və qurucusu olan ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə formalaşmışdır.

Sonra, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəhər şöbəsinin rəisi Rövşən Məmmədov “Ordu quruculuğunda ulu öndər Heydər Əliyevin tarixi xidmətləri” mövzusunda geniş məruzə ilə çıxş edib.

Zabit XƏLİLOV,

“Respublika”.