Ulu öndərin xatirəsinə həsr olunmuş konsert keçirilib
Mədəniyyət

Ulu öndərin xatirəsinə həsr olunmuş konsert keçirilib

Beynəlxalq Muğam Mərkəzində beynəlxalq və respublika müsabiqələri laureatı, ifaçı-pedaqoq Humay Aslanovanın “Humayla” adlı ilk solo konserti keçirilib.

Mərkəzdən “Respublika”ya bildirilib ki, konsert ulu öndər Heydər Əliyevin əbədi xatirəsinə həsr olunub.

Proqramda ulu öndərin sevdiyi mahnılar silsiləsindən “Alagöz”, Azərbaycan xalq mahnıları, yerli və xarici estrada kompozisiyaları təqdim olunub.