“Vestnik Kavkaza”: “COP29 və REA Moskvada görüş keçiriblər
Siyasət

“Vestnik Kavkaza”: “COP29 və REA Moskvada görüş keçiriblər

Bu il Azərbaycanın ev sahibliyində keçiriləcək COP29-un prezidenti Muxtar Babayev Moskvada Rusiya Elmlər Akademiyasının nümayəndə heyəti ilə görüş keçirib.

“Vestnik Kavkaza” xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki rəsmi hesabında məlumat verilib.

“Rusiya Elmlər Akademiyası Xəzər dənizində yaşayış mühitinin mühafizəsi üçün innovativ həllər nümayiş etdirib. Dünyanın hidroloji dinamikada irəliləyişlərdən tutmuş vəhşi təbiətin tədqiqinə qədər effektiv tədbirlər görmək üçün ambisiyalı ideyalara və tərəfdaşlığa ehtiyacı var”, - paylaşımda qeyd olunub.

Tacir SADIQOV,

“Respublika”.