“Astana Times”: Azərbaycan və Ermənistan xarici işlər nazirləri Almatıda görüşəcək
Siyasət

“Astana Times”: Azərbaycan və Ermənistan xarici işlər nazirləri Almatıda görüşəcək

Qazaxıstanın məşhur “Astana Times” xəbər saytı Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin mayın 10-da Almatıda sülh müqaviləsi danışıqları üçün görüşəcəkləri barədə məlumat yayımlayıb. Məlumatda qeyd edilib ki, Qazaxıstan Xarici İşlər Nazirliyinin sözçüsü görüşün əldə olunmuş razılaşmalara uyğun olaraq Qazaxıstanın ən böyük şəhərində baş tutacağını bildirib. Prezident Kasım-Jomart Tokayev ötən ay İrəvana rəsmi səfəri zamanı sülh müqaviləsi danışıqları üçün platforma yaratmağı təklif edib. Qazaxıstan lideri, həmçinin iki ölkə arasında Almatıda danışıqların irəliləyişinə dair razılaşmanı alqışlayıb.

Nəzrin ELDARQIZI,

“Respublika”.