“BTA”: Bolqarıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
Siyasət

“BTA”: Bolqarıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mayın 8-də Azərbaycan Respublikasına səfər edib.

Bolqarıstanın xəbər agentliyi “BTA” bu barədə məlumat yayıb. Bildirilib ki, hər iki ölkənin bayraqlarının dalğalandığı meydanda Bolqarıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bolqarıstan Prezidenti Rumen Radevi və birinci xanım Desislava Radevanı qarşılayıblar. Daha sonra hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

Ardınca liderlərin təkbətək görüşü olub. Nümayəndə heyətləri arasında plenar danışıqlar baş tutub.

Jalə QASIMZADƏ,

“Respublika”.