Ölkəmizə gələnlərin sayı artıb
Sosial həyat

Ölkəmizə gələnlərin sayı artıb

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2023-cü ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasına dünyanın 183 ölkəsindən 1343,7 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 33,8 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Gələnlərin 31,7 faizi Rusiya Federasiyası, 17,7 faizi Türkiyə, 7,5 faizi İran, 4,9 faizi Hindistan, 4,7 faizi Gürcüstan, 4,4 faizi Səudiyyə Ərəbistanı, 2,6 faizi Qazaxıstan, 2,4 faizi Pakistan, 2,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,8 faizi Özbəkistan, 1,6 faizi İsrail, hər birindən 1,5 faiz olmaqla Küveyt və Ukrayna, 1,4 faizi Belarus, 1,2 faizi Türkmənistan, 1,1 faizi Böyük Britaniya, 11,9 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 69,9 faizini kişilər, 30,1 faizini qadınlar təşkil etmişdir.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,9 faizi hava, 26,7 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir. 

 

                                                                                                        “Respublika”.