Dinim, imanım, qibləgahım Göyçədir
Digər xəbərlər

Dinim, imanım, qibləgahım Göyçədir

XX əsrin bəlası - Deportasiya

Bütün varlığı məkr və hiylə ilə yoğrulmuş ermənilər bir vaxtlar azərbaycanlılardan sığınacaq istəyirdilər. Ancaq şeytan cildinə girmiş hayların ürəyindəki ürəyində idi: "Özümə yer edim, gör sənə nə edərəm!". "Məzlum ermənilər" İrandan, Türkiyədən axın-axın gələrək İrəvan xanlığına yerləşdilər. Qərbi Azərbaycan ərazilərində saqqallı erməni quldurları peyda oldu. 1905-1907, 1918-1920 və 1988-ci illərdə elə qanlı faciələrə əl atdılar ki, erməni millətçiləri tarix boyu tökülən qanların baisi kimi məsuliyyət daşıyacaqlar.

Qərbi Azərbaycan ərazilərində son 200 ildə ermənilərin xalqımıza qarşı törətdikləri qırğınları sadalamaqla qurtaran deyil.

Tarixdən məlumdur ki, Türkiyə və İranın Rusiya ilə dəfələrlə müharibələri olmuşdur. Müharibələrin gedişi zamanı Rusiya çalışmışdı ki, hər iki müsəlman ölkəsi ilə həmsərhəd olan sahəni ələ keçirib özü üçün müdafiə bazası yaratsın. Bu sahədə ona sədaqətlə xidmət edə biləcək, satqınlığı, casusluğu, ikiüzlülüyü bacaran elə adamlar yerləşdirilsin ki, onlar Rusiyanın mənafeyini müdafiə etsin. Belə xislətli millət ancaq ermənilər idi. 1812-ci ildə Rusiya-Türkiyə müharibəsi zamanı ermənilər Türkiyənin məğlub olması, Krımın zəbt edilməsi işində Rusiya hökumətinə və onun qoşun hissəsinə hər cəhətdən kömək etmişdilər. Bununla da Rusiya dövlətində inam yarandı ki, İran və Türkiyə sərhədləri arasında ona sədaqətlə xidmət edəcək millət ancaq ermənilər ola bilər.

Fürsəti əldən verməyən Rusiya 1828-ci ildə İrandan 40 min, Türkiyədən 90 min ermənini İrəvan və Naxçıvan xanlıqları torpağından qovulmuş azərbaycanlıların evlərində yerləşdirdi. 1828-ci il martın 20-də müsəlmanların Novruz bayramı günü rus çarı olan I Nikolay İrəvan, Naxçıvan xanlıqlarını erməni vilayəti elan etdi.

1820-1830-cu illərdə ermənilərin bir hissəsi Dərələyəzdə yerləşdirildi. Bu zonada iki rayon var idi. Keşişkənd və Paşalı rayonları. Burada 64 kənddən ancaq səkkizində ermənilər yaşayırdı.

İrəvan kimi, Göyçə gölü ətrafı da əhalinin ən sıx yerləşmiş zonalarından biri idi. Burada azərbaycanlılarla ermənilər heç vaxt qonşuluq şəraitində yaşamayıblar. Haylar zəhərli ilan kimi, hər vasitə ilə müsəlmanlara xəyanət toru hörməyə çalışırdılar.

Göyçə gölü ətrafında məskunlaşdırılarkən ermənilər gölün cənubunda Qamışlı (Basarkeçər), Qırxbulaq, Tüskülü, Aşağı Zağalı, Gödəkbulaq, Alçalı, Kolanı qırılan, Alqırıq, Avdalağalı, Zolaxaç, Qaranlıq, Gözəldərə, Tab Güzəcik, Dəliqardaş, Başkənd, Kəvəz, Ördəkli və başqa kəndlərdə yerləşdirildilər.

Ermənilər tərəfindən 1918-1919-cu illərdə Göyçə gölü ətrafındakı 60 kəndin əhalisinin çox böyük hissəsi qırılmışdı.

1948-1953-cü illərdə Qərbi Azərbaycandan soydaşlarımızın deportasiyasından sonra Martuni rayonundakı ermənilərdən ibarət əhalinin 50-55 faizi Vedi, Sisyan və digər rayonlara köçürüldü.

Ermənilər Qərbi Azərbaycandakı soydaşlarımızı məhv etmək məqsədilə yaratdıqları hərbiləşdirilmiş pərakəndə quldur dəstələri ilə kifayətlənməyib, bu işi daha da mütəşəkkilləşdirmək, azərbaycanlıları daha amansız şəkildə məhv etmək, bu prosesi tezləşdirib onların kökünü kəsmək niyyəti ilə mükəmməl nizami ordu yaratmağı qərara aldılar. Bu işə əməli qaydada başlamaq üçün 1917-ci ilin may ayında o zamankı Rusiya müvəqqəti hökumətin başçısı Kerenskinin yanına öz adamlarını göndərdilər. Ondan xahiş etdilər ki, rus ordusunda xidmətdə olan erməniləri buraxsınlar. Rus ordusunda xidmətdə olan erməni əsgər və zabitlərdən ibarət yerli erməni ordusu yaratsınlar, türklərə qarşı vuruşmanı gücləndirsinlər. Eyni zamanda onlar silah da tələb edirdilər. Kerenski ermənilərin xahişini yerinə yetirdi, tələblərini də təmin etdi. Bundan sonra ermənilər 35 min nəfərlik qoşun korpusu yaratmağa nail oldular. 1918-1920-ci illərdə Qərbi azərbaycanlılara qarşı analoqu olmayan qırğınlar törədildi.

Moskvadakı ermənipərəst rəhbərlərin xəyanəti ucbatından 1948-1953-cü illərdə Qərbi Azərbaycandakı soydaşlarımız deportasiyaya məruz qaldı, 150 min azərbaycanlı ata-baba yurdlarından sürgün edildi. Çoxları isti iqlim şəraitinə dözə bilmədi.

1988-ci ildə ermənilər Azərbaycan xalqına qarşı mənfur daşnak siyasətinin ən qəddar variantını həyata keçirdilər. 1988-ci ilin fevralında İrəvandakı azərbaycanlılar çox böyük amansızlıqlarla üzləşdilər. Azərbaycanlılar sonuncu nəfərə qədər min illər yaşadığı torpaqları zülmlə tərk etdilər. Beləliklə, son 100 ildə indiki Ermənistan ərazisindən 2,5 milyon azərbaycanlının qəddarlıqla qovulub çıxarılması prosesi başa çatdı...

Qərbi azərbaycanlıların doğma yurdlarından qovulmasından 35 il keçir. Köçürülmə planlı qaydada hazırlanmışdı. Şübhəsiz ki, bu işə Mixail Qorbaçov öz "xeyir-duasını" vermişdi.

1988-ci ilin qışında Basarkeçərdən Azərbaycana doğru irəliləyən köç karvanlarının sayı-hesabı yox idi. Mən Göyçənin Böyük Məzrə kəndində yaşayırdım. Kəndimizin əhalisi ermənilərlə birgə yaşayırdı. Kolxoz sədri daşnak Apdaş Hunanyanın gizli tapşırığı nəticəsində azərbaycanlılar zülm və işgəncəyə məruz qaldılar.

Biz Vətən, yurd həsrəti ilə yaşayırıq, yəqin ki, günlərin bir günündə qəribsəmiş ata-baba torpaqlarına dönəcəyik. Ürəyim aşıqlar yurdundadı, dinim-imanım, qibləgahım Göyçədir!

İbad YUSİFOV,

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq

Problemləri üzrə Dövlət Komitəsinin Maliyyə və

iqtisadiyyat şöbəsinin baş mütəxəssisi.