Xəzər dənizində zəlzələ olub
Ekologiya

Xəzər dənizində zəlzələ olub

Oktyabrın 19-da yerli vaxtla saat 11:12-də Xəzər dənizində (Dağıstan ərazisi) maqnitudası 4,4 olan zəlzələ qeydə alınıb.

“Respublika” xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ ocağının dərinliyi 31 kilometr olub.