Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistana səfərə gəlib
Siyasət

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistana səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında iştirak etmək üçün noyabrın 8-də Özbəkistana səfərə gəlib.

“Respublika” xəbər verir ki, Daşkənd Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidentini Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşıladılar.