Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Anatoli Torkunovdan
Məktublar

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Anatoli Torkunovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi təbrik edirəm.

Seçkilərin nəticələri göstərdi ki, ölkənin və cəmiyyətin konsolidasiyası, Azərbaycanın beynəlxalq arenada nüfuzunun möhkəmlənməsi üzrə Sizin ardıcıl kursunuz ən böyük dəstəyə malikdir.

Hörmətli İlham Heydər oğlu, Sizə cansağlığı və dost Azərbaycanın rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Dərin hörmətlə,

Anatoli TORKUNOV,

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru,

Rusiya Elmlər Akademiyasının akademiki.