Azərbaycanın cüdo hakimi Paralimpiya Oyunlarına təyinat alıb
İdman

Azərbaycanın cüdo hakimi Paralimpiya Oyunlarına təyinat alıb

Azərbaycan cüdo hakimi Nazim Umbayev növbəti dəfə təyinat alıb.

Azərbaycan Cüdo Federasiyasından "Respublika"ya verilən məlumata görə, A kateqoriyalı beynəlxalq dərəcəli referi sentyabrın 5-7-də Fransanın paytaxtı Parisdə keçiriləcək Paralimpiya Oyunlarında ədalət təmsilçiləri sırasında yer alacaq.

Nazim Umbayev 2017-ci ildə B kateqoriyalı, 2022-ci ildə A kateqoriyalı beynəlxalq dərəcəli hakim adını alıb. O, 2022-ci ilin sonundan etibarən Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılığı ilə Dünya Cüdo Turu çərçivəsində keçirilən nüfuzlu yarışlarda hakim kimi iştirak edir.

Nazim Umbayev hazırda cüdo hakimlərinin dünya reytinqində 19-cu yerdədir.