Trump-ın keçmiş vəkili
Dünya xəbərləri

Trump-ın keçmiş vəkili "seçkilərə müdaxilə" ittihamı ilə məhkəməyə verilib

ABŞ-ın Arizona ştatında aralarında sabiq prezident Donald Trumpın keçmiş vəkili Rudi Culianin də olduğu 18 nəfər "2020-ci il prezident seçkilərinin nəticələrinə müdaxilə etmək cəhdi" ilə ittiham olunub.

“Respublika” xəbər verir ki, bu barədə “Anadolu Agentliyi” məlumat yayıb.

Qeyd olunub ki, sözügedən şəxslər arasında Rudi Culiani və Ağ evin xüsusi tapşırıqlar üzrə keçmiş direktoru Mark Medouz da var.

İttiham aktında bildirilir ki, Trampın özünə qarşı heç bir ittiham irəli sürülməsə də, onun sözügedən prosesdə şərik olduğu deyilir.

Miçiqan, Corciya və Nevadadan sonra Arizona prezident seçkilərinin nəticələrinə müdaxilədə ittiham olunan 4-cü ştat olub.

Musa BAĞIRLI,

“Respublika”.