İlk dəfə fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir
Elm

İlk dəfə fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

İngiltərədə dəri xərçənginin ən ölümcül növü olan melanomaya qarşı dünyada ilk fərdiləşdirilmiş mRNT peyvəndinin sınaqları keçirilir.

"Respublika" "TRT Haber"ə istinadən xəbər verir ki, baş dərisində cərrahi yolla çıxarılan melanoma böyüməsi olan 52 yaşlı Stiv Yanq peyvəndi sınaqdan keçirən ilk xəstələrdən biridir.

Qeyd edək ki, peyvənd immunitet sisteminə qalan xərçəng hüceyrələrini tanımağa və məhv etməyə kömək etmək üçün hazırlanıb.