UNEC Webometrics-də də birinci oldu!
Elm və təhsil

UNEC Webometrics-də də birinci oldu!

Dünya Universitetlərinin Webometrics Reytinqinin (Webometrics Ranking of World Universities) 2023-cü il nəticələrinə əsasən, Azərbaycan Dövlət İqtisad Universteti (UNEC) dünya universitetlərinin ilk 10%-liyində yer alaraq, ilk dəfə ölkə üzrə birinci yerə yüksəldi.

Azərbaycan Dövlət İqtisad Universtetindən “Respublika”ya verilən məlumata görə, dünyanın 32 minə yaxın universitetlərinin reytinqini hazırlayan Webometrics-də UNEC son illərdə 15 min universiteti geridə buraxmış və hazırda inamla irəliləməkdədir.

2023-cü ilin birinci reytinq cədvəlində 3644-cü pillədə Azərbaycan üzrə ikinci yeri tutan UNEC, 6 aydan sonra 3196-cı pilləyə yüksələrək ölkə birincisi oldu.

Qeyd edək ki, QS Dünya Universitetləri Reytinqində də  (QS World University Rankings 2024) UNEC ölkə birincisi olmuşdu.