2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi Böyük Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Elşad Nəbi oğlu Musayevin namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Hüquqi aktlar

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi Böyük Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Elşad Nəbi oğlu Musayevin namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində Böyük Azərbaycan Partiyası Siyasi Şurasının 2023-cü il 17 dekabr tarixli iclasının Qərarı ilə Böyük Azərbaycan Partiyasının sədri Elşad Nəbi oğlu Musayevin namizədliyi irəli sürülmüşdür.

Namizədliyin irəli sürülməsinin təsdiq edilməsi üçün sənədlər 2023-cü il dekabrın 18-də partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) təqdim edilmişdir.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində (bundan sonra - Seçki Məcəlləsi) nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, irəli sürülmüş namizədliyin təsdiq edilməsi üçün əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının 56-cı və 100-cü, Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 54-cü və 180.1-ci maddələrinə əsasən qərara alır:

1. 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi Böyük Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Elşad Nəbi oğlu Musayevin namizədliyinin irəli sürülməsi təsdiq edilsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr                            Məzahir Pənahov

Katib                Arifə Muxtarova

Katib                Mikayıl Rəhimov