2024-cü ilin yanvar-mart ayları üzrə qaz hasilatı artıb
İqtisadiyyat

2024-cü ilin yanvar-mart ayları üzrə qaz hasilatı artıb

Energetika nazirliyinin mətbuat xidməti 2024-cü ilin 1-ci rübü üzrə operativ məlumatlara əsasən, yanvar-mart ayları ərzində respublikada 12,6 milyard kubmetr təbii qaz hasil edildiyini bildirir. Qazın 3,3 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 6,9 milyard kubmetri “Şahdəniz”, 0,4 milyard kubmetri “Abşeron”, 2 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 0,4 milyard kubmetr artımla qaz hasil edilib.

3 ay ərzində xaricə qaz satışı 6,4 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən eynidir.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 aprel 2024-cü il tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 219,6 milyard kubmetr, “Şahdəniz”dən isə 216 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 153,4 milyard kubmetri nəql edilib.

2024-cü ilin yanvar-mart ayları üzrə ölkədə 7,3 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft hasilatının 4,2 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,1 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,14 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,9 milyon ton təşkil edib.

“Respublika”.