44 günlük Vətən müharibəsindən sonra 432 hərbçi 451 ədəd yüksək texnologiyalı protezlə təmin edilib
Sosial həyat

44 günlük Vətən müharibəsindən sonra 432 hərbçi 451 ədəd yüksək texnologiyalı protezlə təmin edilib

 

Prezident İlham Əliyevin tapşırığına əsasən, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin  yüksək texnologiyalı müasir protezlərlə təminatı işləri aparılır. Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 432 hərbçi 451 ədəd yüksək texnologiyalı protezlə təmin edilib. Onlar I və II Qarabağ müharibəsində yaralanaraq əzalarını itirmiş qəhrəmanlarımızdır.

Bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinindən “Respublika”ya bildirilib.

Yüksək texnologiyalı son nəsil protezlər aktivlik və funksionallığı ilə seçilir və xüsusi proqram təminatına malikdir. Onlar istifadəçinin köməkçi vasitələr olmadan sərbəst, sabit və inamlı hərəkətinə, sosial həyata daha tez və rahat inteqrasiyasına imkan verir. 

Müharibə veteranlarımız son nəsil protezlər vasitəsilə aktiv həyata dönüş imkanı qazanaraq öz idman bacarıqlarını da nümayiş etdirə bilib, hətta idman yarışlarında iştirak edə bilmək imkanına sahib olublar.