5 aylıq sosial müavinətlərin ödənişində artım müşahidə olunur
Sosial həyat

5 aylıq sosial müavinətlərin ödənişində artım müşahidə olunur

Son beş ayda sosial müavinətlər üzrə 24 faiz çox olmaqla 409 mln. manat, Prezident təqaüdləri üzrə 21 faiz çox olmaqla 266 mln. manat ödənilib

Bu ilin yanvar-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 446 min nəfərə sosial müavinət, 372 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib. Həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə ötən ilin müvafiq dövrünə nisbətən 24 faiz çox olmaqla 409 mln. manat, Prezident təqaüdləri üzrə 21 faiz çox olmaqla 266 mln. manat ödənilib.

Son 5 ayda 57,7 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 486,7 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

“Respublika”.