ABŞ-da silahlı hücumlarda son 17 ilin rekordu qırılıb
Dünya xəbərləri

ABŞ-da silahlı hücumlarda son 17 ilin rekordu qırılıb

Cari ilin ilk 6 ayı ərzində ABŞ-da 28 silahlı insident baş verib. 

“Respublika” xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb. Bildirilib ki, hücumlarda ümumilikdə 140 nəfər həyatını itirib. 

Eyni zamanda, 2023-cü ildə ölkədə baş verən silahlı hücumlarda son 17 ilin rekordu qırılıb. 

Mütəxəssislər isə silahlı hücumların səbəbini ABŞ-da vətəndaşlar arasında artan fərdi silahlanma yarışında görürlər. 

Jalə QASIMZADƏ, 
“Respublika”.