Çində ölənlərin sayı artır
Dünya xəbərləri

Çində ölənlərin sayı artır

Çinin şimal-qərbində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 135 nəfərə çatıb. “Respublika” xarici mətbuata istinadən xəbər verir ki, bazar ertəsi günü yerli vaxtla saat 23:59 radələrində Çinin şimal-qərbindəki Qansu əyalətində baş verən 6,2 maqnitudalı zəlzələnin fəsadları artmaqda davam edir. Çin dövlət mediasının məlumatına görə, zəlzələnin hiss olunduğu qonşu Qinghai əyalətində ölənlərin sayı 22 nəfərə çatıb. Qansuda isə 113 nəfər ölüb. Ümumilikdə  zəlzələ nəticəsində həyatını itirənlərin sayı 135-ə çatıb.

Musa Bağırlı,

“Respublika”.