ABŞ-ın İraqdakı hərbi bazası yenidən PUA hücumuna məruz qalıb
Siyasət

ABŞ-ın İraqdakı hərbi bazası yenidən PUA hücumuna məruz qalıb

Pilotsuz uçuş aparatı (PUA) İraqın şimalında yerləşən “Əl-Harir” hərbi bazasına zərbə endirib.

“Respublika” “Sky News Arabia” telekanalına istinadla xəbər verir ki, ABŞ-ın və beynəlxalq qüvvələrin yerləşdiyi bazaya dəyən zərər və itkilər barədə açıqlama verilməyib. Lakin qeyd olunub ki, hücumun məsuliyyətini üzərinə “İraq İslam Müqaviməti” təşkilatının nümayəndəsi üzərinə götürüb. O, bunun Qəzzada baş verənlərə cavab olaraq həyata keçirildiyini söyləyib.