ABŞ Suriya hava məkanında fəaliyyətini davam etdirəcək
Dünya xəbərləri

ABŞ Suriya hava məkanında fəaliyyətini davam etdirəcək

ABŞ Rusiya ilə Suriya hava məkanında reallaşdırılan əməliyyatlarda iştirak etməyə davam edəcək.

“Respublika” xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin  mətbuat konfransında bildirib.

Xatırladaq ki, çərşənbə günü Suriyada Müxalif Tərəflərin Barışdırılması üzrə Rusiya Mərkəzinin rəis müavini Oleq Qurinov bildirib ki, Suriyada ABŞ-ın MQ-9 pilotsuz uçuş aparatı Rusiya qüvvələrinə təhlükə yaradıb. Bununla yanaşı, Qurinov ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın hərəkətlərinin son dərəcə təxribat xarakterli olduğunu  bildirib. Qeyd edib ki, bütün bunlara rəğmən rus pilotlarının yüksək peşəkarlığı sayəsində mümkün toqquşmanın qarşısı alınıb. Rusiya rəsmiləri bildiriblər ki, oxşar hadisə cümə günü də baş verib.