Türkiyənin yerli zond raketi uğurla sınaqdan keçirilib
Dünya xəbərləri

Türkiyənin yerli zond raketi uğurla sınaqdan keçirilib

ROKETSAN tərəfindən hazırlanmış raket Türkiyənin şimal-qərbindəki Kırklareli vilayətində sınaqdan keçirilib. 

"Respublika" Türkiyənin Müdafiə Sənayesi Agentliyinə (SSB) istinadən xəbər verir ki, roket sınaqdan uğurla keçib.

SSB bildirib: "Ölkəmizin kosmosa çatmaq səyləri çərçivəsində qabaqcıl mühəndislik texnologiyalarımızla hazırlanmış zond raketimiz İğneadadan uğurla buraxılıb".

Töhfə SƏMƏDOVA,

"Respublika".