ABŞ taxıl sazişi ilə bağlı Rusiyaya çağırış edib
Dünya xəbərləri

ABŞ taxıl sazişi ilə bağlı Rusiyaya çağırış edib

Amerika Birləşmiş Ştatları Rusiyanı Qara dəniz taxıl təşəbbüsünə qayıtmağa çağırıb. 

"Respublika" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin-Jan Pyer açıqlama verib.

Vaşinqton rəsmisi bildirib ki, ölkəsi Rusiya ordusunun Qara dənizdəki mülki gəmilərə qarşı hücumları və Ukrayna taxıl obyektlərini hədəfə almasından narahatıdır. Karin-Jan Pyer həmçinin qeyd edib ki, Moskvanın Qara Dəniz Taxıl Təşəbbüsündə iştirakını dayandırması ərzaq qiymətlərində ciddi dəyişkənliyə səbəb olub. 

Jalə QASIMZADƏ, 

"Respublika".