ABŞ ordusu qoşunlarını Nigerdən çıxaracaq
Dünya xəbərləri

ABŞ ordusu qoşunlarını Nigerdən çıxaracaq

Qərbi Afrika ölkəsi olan Niger Rusiya ilə əlaqələrini dərinləşdirdiyindən dəyəri 110 milyon dollar olan ABŞ aviabazasının statusu qeyri-müəyyən olaraq qalır. 

"Respublika" "New York Times"a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət katibinin müavini Kurt Kempbell açıqlama verib. Nigerin Baş naziri Əli Lamine Zeyn ilə görüşən amerikalı rəsmi bildirib ki,  ABŞ qoşunlarının ölkədən çıxarılması ilə bağlı razılıq əldə olunub. 

Dövlət departamentinin rəsmisi yaxın günlərdə Müdafiə Nazirliyi ilə geri çəkilmə vaxtına dair danışıqlar aparılacağını bildirib. 

Jalə QASIMZADƏ, 
“Respublika”.