ABŞ Türkiyənin zəlzələdən zərər çəkmiş bölgələri üçün 100 milyon dollar ayırıb
Dünya xəbərləri

ABŞ Türkiyənin zəlzələdən zərər çəkmiş bölgələri üçün 100 milyon dollar ayırıb

ABŞ Türkiyənin zəlzələdən zərər çəkmiş bölgələri üçün 100 milyon dollar məbləğində kredit ayırıb.

"Respublika" xəbər verir ki, bu barədə Türkiyənin Ankaradakı səfirliyi məlumat yayıb.

ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası tərəfindən maliyyə vəsaiti Türkiyənin özəl kreditoru olan Şekerbank vasitəsilə təmin ediləcək və o, öz resurslarından 33 milyon dollar ayıraraq, məbləği 133 milyon dollara çatdıracaq. ABŞ missiyasının bəyanatında bildirilib: “Yeddi illik kredit ilk növbədə fevralın 6-da baş vermiş zəlzələdən zərər çəkmiş regionun inkişafına, eləcə də qadın biznesinin və kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə yönəldiləcək”. 

Töhfə SƏMƏDOVA,

"Respublika".