Ağac əkək, yaşıllıqları qoruyaq
Region

Ağac əkək, yaşıllıqları qoruyaq

Ölkəmizdə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib və iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə töhfə verilir. Respublikamızın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair 5 milli prioritetdən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq ölkəmizdə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından, həmçinin dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin gerçəkləşdirilməsi istiqamətində geniş tədbirlər vüsat alıb.

Göygöl rayonunda da bir sıra məqsədyönlü işlər keçirilir.

“Hərəyə bir ağac əkək, yaşıllığı qoruyaq” devizi ilə keçirilən ağacəkmə aksiyasında 115 ədəd Eldar şamı tingi əkilib. Ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparılıb, ərazi alaq otlarından, daşlardan təmizlənib, yeni əkilən ağaclar suvarılıb, aqrotexniki qaydada qulluq göstərilib.

Zabit XƏLİLOV,

“Respublika”.