Albaniya Müstəqil Həmkarlar İttifaqları Birliyinin prezidenti Gezim Kalayadan
Məktublar

Albaniya Müstəqil Həmkarlar İttifaqları Birliyinin prezidenti Gezim Kalayadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Albaniya Müstəqil Həmkarlar İttifaqları Birliyi adından yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırıram. Siz müdrik Lider olaraq regiona sülh və tərəqqi gətirmisiniz.

Demokratik standartlara riayət olunaraq keçirilən seçkilərdə tarixi qələbəniz, həmçinin Azərbaycanın ərazi bütövlüyünün bərpası münasibətilə Zati-alinizi səmimi-qəlbdən təbrik edirik.

Yaşasın Azərbaycan!

Yaşasın Albaniya və Azərbaycan qardaşlığı!

Dərin ehtiramla,

Gezim KALAYA,

Albaniya Müstəqil Həmkarlar İttifaqları Birliyinin prezidenti.