Almaniyada fəaliyyət göstərən “Xarı-Bülbül” Azərbaycan Mədəniyyət Evinin kollektivindən
Məktublar

Almaniyada fəaliyyət göstərən “Xarı-Bülbül” Azərbaycan Mədəniyyət Evinin kollektivindən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimizi, möhkəm cansağlığı, ailə səadəti, firavanlıq və əmin-amanlıq arzularımızı çatdırırıq.

Sizin ölkəmizə fədakar rəhbərliyiniz sayəsində böyük uğurlar əldə olunub.

Sizə minnətdarlığımızı bildirir, qarşıya qoyduğunuz məqsədlərə çatmaqda tükənməz enerji və müvəffəqiyyətlər arzulayırıq. Rəhbərliyinizin bundan sonra da xalqımızın tərəqqisinə töhfələr verəcəyinə əminik. Sizin müdrikliyiniz və qətiyyətiniz bundan sonra da hamımıza nümunə olacaqdır.

2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərində dünya azərbaycanlıları olaraq Sizi dəstəkləməyə hazırıq.

Qarabağ Azərbaycandır!

Dərin hörmətlə və xoş arzularla,

Almaniyada fəaliyyət göstərən “Xarı-Bülbül”

Azərbaycan Mədəniyyət Evinin kollektivi.