Siyasət

"Vestnik Kavkaza": Ceyhun Bayramov İƏT sammitində iştirak etmək üçün Qambiyaya işgüzar səfərə yola düşüb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qambiya Respublikasına işgüzar səfərə yola düşüb.

"Vestnik Kavkaza" bildirir ki, bu ölkənin xarici işlər nazirliyi məsələ ilə bağlı məlumat verib.

Qeyd edilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramov 4-5 may tarixlərində Bancul şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) XV İslam Sammitində iştirak və çıxış edəcək, habelə bir sıra yüksək səviyyəli rəsmilərlə ikitərəfli görüşlər keçirəcək.

Tacir SADIQOV,

"Respublika".