ANAMA: Ötən həftə 233 partlamamış hərbi sursat zərərsizləşdirilib
Digər xəbərlər

ANAMA: Ötən həftə 233 partlamamış hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə əməliyyatlarına dair həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, dekabrın 19-dan 24-dək Tərtər, Ağdam, Laçın, Xocavənd, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 8, tank əleyhinə 2 mina və 233 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ötən həftə ərzində 369 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.