ANAMA: Ötən həftə 86,9 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
Digər xəbərlər

ANAMA: Ötən həftə 86,9 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, martın 7-dən 12-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 7, tank əleyhinə 27 mina və 82 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həftə ərzində 86,9 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

AZƏRTAC