Narahat ruhların elegiyası
Digər xəbərlər

Narahat ruhların elegiyası

İşğaldan azad olunmuş ərazilərdə aşkar edilən kütləvi məzarlıqlar bir daha onu göstərir ki, Birinci Qarabağ müharibəsində havadarlarının köməyi ilə hərbi üstünlük əldə edən Ermənistan torpaqlarımızı işğal edən zaman əsir düşən hərbçiləri dinc insanları görünməmiş vəhşiliklə, ağır işgəncə ilə qətlə yetiriblər.

Əsirlikdən azad edilən soydaşlarımızın ifadələrinə görə, ermənilər çox böyük qəddarlıqla yaralı azərbaycanlı əsir girovları da diri-diri torpağa basdırıblar. Şahidlərin sözlərinə görə günlərlə həmin yerdən iniltilər eşidilib. Aşkar edilən kütləvi məzarlıqlar bir daha onu göstərir ki, ermənilər insani dəyərlərdən çox uzaqdırlar, onların mahiyyətində daşnak ideyaları faşizm çox dərin kök salıb, türkə qarşı düşmənçilik ermənilərin xəstə təfəkküründən, idbar xislətindən xəbər verir. Bir sözlə, ermənilərin azərbaycanlılara qarşı törətdikləri deportasiya soyqırımı yaraları iki yüz ildən çoxdur ki, qaysaq bağlamır, itkin düşən doğmalarını axtaran insanların kədəri faciəsi təhlükəli, hiyləgər düşmənin qaniçən obrazını aydın şəkildə ifşa edir, erməniliyin necə təhlükəli olduğu haqqında həqiqətləri bildirir.

Birinci Qarabağ müharibəsində ermənilər əsir götürdükləri hərbçiləri mülki azərbaycanlıları kütləvi şəkildə qətlə yetirərək Kəlbəcər rayonunun Ballıqaya kəndi, Şuşa rayonunun Daşaltı kəndi, Xocavənd rayonunun Edilli kəndi, Fərrux dağı Füzuli ərazisində qeyri-insani şəkildə basdırıb, həmin ərazilərin ətrafını isə minalayıblar. Şahid ifadələri digər məlumatlar əsasında müəyyən olunub ki, Birinci Qarabağ müharibəsi zamanı əsir girovlar ətraf ərazilərdən Xocavənd rayonunun Edilli kəndinə gətirilərək burada yerləşən bölüşdürücü məntəqədən Qarabağın digər rayonlarına Ermənistana göndəriliblər. Ermənilər hərbi əsirləri mülki insanları ən ağır işlərə, evləri sökməyə, qəbiristanlıqları dağıtmağa məcbur ediblər, xəstə yaralıları isə güllələyiblər. 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi qələbə bütün parametrləri ilə yanaşı, Ermənistanın törətdiyi hərbi cinayətlərin üstünü açdı. Mütəxəssislər bildirir ki, aşkar edilən məzarlıqlarda skeletlərin əksəriyyətinin kəllə sümüklərində güllə deşikləri aşkarlanıb. Bu fakt əsir azərbaycanlı hərbçilərin erməni cəlladlar tərəfindən yaxın məsafədən vurulduqlarını təsdiqləyir. Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş dörd minə yaxın azərbaycanlı hərbçi mülki şəxsin taleyi barədə hələ məlumat yoxdur. Ağır məğlubiyyətdən sonra müvazinətini itirən rəsmi İrəvan üzərinə götürdüyü öhdəlikləri 1990-1993- illərdə törətdikləri hərbi cinayətləri sübut edən kütləvi məzarlıqların yerini bildirməkdən yayınır. Ermənistanın Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş dörd minə yaxın azərbaycanlının taleyi barədə hər hansı məlumat verməməsi uzun illərdir həmin şəxslərin ailə üzvlərinin dərin iztirab çəkməsinə səbəb olub, narahat ruhlar dinclik tapmayıb. İndiyədək aşkarlanan kütləvi məzarlıqlardan ümumilikdə 400-dən artıq meyit qalıqları tapılıb. Ermənistan öz cinayətkar əməllərinin ortaya çıxmasının qarşısını almaq məqsədilə itkin düşmüş hesab edilən insanların taleyi ilə bağlı məlumat verməkdən israrlı şəkildə boyun qaçırır. Bu, səbəbsiz deyil, çünki kütləvi məzarlıqlar Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə soyqırımı siyasətini, dinc insanlara qarşı törətmiş olduğu müharibə cinayətlərini bir daha sübut edir. Bütün bunlar düşmən ölkənin beynəlxalq hüquqi məsuliyyətə cəlb olunması üçün əsaslı dəlillərdir. Təcavüzkar ölkə gec-tez bu cinayətkar əməllərinə görə cavab verməlidir.

Respublika Hərbi Prokurorluğunun Xüsusi İstintaq Şöbəsinin rəisi Emil Tağıyev bildirib ki, belə məzarlıqların üzə çıxması etnik nifrət hissinə köklənmiş Ermənistan silahlı qüvvələrinin davamlı olaraq beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq normalarının, o cümlədən Müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cu il tarixli Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozaraq azərbaycanlı mülki şəxslərə, hərbi qulluqçulara, xüsusilə yaralılara həlak olmuş şəxslərə qarşı işgəncə insanlıq əleyhinə əməllərlə müşahidə olunan müharibə cinayətlərini açıq şəkildə ifşa edir, onların qeyri-humanist davranışını, genosid siyasəti həyata keçirdiyini nümayiş etdirir. Birinci İkinci Qarabağ müharibələri zamanı erməni hərbi qulluqçular tərəfindən azərbaycanlı hərbi əsirlərin yaxın məsafədən başlarına, ürək nahiyələrinə atəş açmaqla qəddarcasına qətlə yetirilməsi, hərbçilərin cəsədlərinin qarət olunması, hissələrə doğranması, insanlığa sığmayan hərəkətlərə yol verilməklə işgəncə təhqirə məruz qalması ilə bağlı faktları təsdiq edən xeyli sayda videolar var. Kütləvi məzarlıqlardan tapılan insan meyit qalıqlarının Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərlə eyniləşdirmə aparılması məqsədilə məhkəmə tibbi kriminalistik ekspertizası ilə yanaşı, 200-dən artıq məhkəmə molekulyar genetik ekpertizası da təyin olunub.

Şuşa türməsinin divarları yaxınlığında aşkar edilən kütləvi məzarlıq haqqında məlumat verən əsir itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov bildirib ki, Şuşa şəhəri işğal olunarkən əsir girov götürülmüş Azərbaycan vətəndaşları burada qeyri-insani şəraitdə saxlanılıb. Onlara qarşı çoxsaylı beynəlxalq cinayət hadisələri, humanitar normaların pozulması faktları məlumdur. Burada apardığımız təhlillərə görə, işğal dövründə 360 azərbaycanlı əsir girov saxlanılıb. Bunlardan 216 nəfəri Dövlət Komissiyası tərəfindən aparılmış danışıqlar nəticəsində azad edilib. Amma digərlərinin taleyi bu günə qədər məlum deyil. Güman edirik ki, aşkar olunan yeni meyit qalıqları axtardığımız şəxslərə aiddir.

Birinci Qarabağ müharibəsində ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliyin miqyası çox böyük dəhşətli olub. Xocalıda azərbaycanlı əhaliyə qarşı soyqırımı törədən ermənilər körpə uşaqdan tutmuş yaşlılara qədər hamıya işgəncə verərək onları qətlə yetiriblər. Dünyada bəlkə ikinci elə yer yoxdur ki, Xocalıdakı qədər vandalizm, nifrət düşmənçilik belə geniş miqyas almış olsun. Bu, hərbi cinayətdir, Ermənistanın hərbi siyasi rəhbərləri buna görə beynəlxalq tribunalda cavab verməlidirlər. Belə əməlləri bağışlamaq mümkün deyil, çünki bu, insanlıq əleyhinə cinayətdir. Həm vəhşicəsinə törədilmiş hərbi cinayətdir. Faşist Njdenin törəmələri olan haylar öz ağalarının qarşısında qədər quyruq bulasalar da, Azərbaycan ordusu haqq ədaləti öz torpaqlarında bərpa etdi. Son iki yüz ilə nəzər salanda bir daha aydın olur ki, əvvəldən Ermənistan terrorçudur, türk qanına susayan körpə qatilidir, Xocalı soyqırımı törədən cinayətkardır. Ermənistanın mülki Azərbaycan vətəndaşlarına, xüsusilə uşaqlara yeniyetmələrə qarşı dövlət səviyyəsində terroru müharibə cinayətlərinin qanlı izləri kütləvi məzarlıqlarda aşkar olunur. Rəşadətli Azərbaycan ordusu işğalçı, terrorçu, körpə qatili olan Ermənistan silahlı qüvvələrinə qarşı sarsıdıcı zərbələr endirərək otuz ilə yaxın işğalda qalan torpaqlarımızı, şəhər kəndlərimizi işğalçılardan təmizlədi. Erməni qadınına, uşağına güllə atmadan, hətta dinc yaralı ermənilərə ilkin tibbi xidmət göstərildi. İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilən ərazilərdə 1700-dən çox həlak olmuş erməni hərbi qulluqçusunun meyiti tapılıb düşmən tərəfə qaytarılıb. Halbuki, Birinci Qarabağ müharibəsi dövründən 3890 azərbaycanlı, o cümlədən təqribən, 200 uşaq indiyədək itkin düşmüş hesab edilir. Bu barədə erməni tərəfi hər hansı məlumat vermir.

Göründüyü kimi, Ermənistan öz cinayətkar əməllərinin ortaya çıxmasının qarşısını almaq məqsədilə bu istiqamətdə əməkdaşlıqdan imtina edir. Prezident İlham Əliyev revanşistlərə, erməni faşizmini diriltməyə çalışanlara, hərbi cinayətləri gizlətmək istəyənlərə xəbərdarlıq edərək bildirib ki, İkinci Qarabağ müharibəsində biz erməni faşizmini məğlub etmişik. Deyə bilərəm ki, erməni faşistlər indi əvvəlki illərdəki qədər fəal deyillər. Ancaq biz görürük ki, faşizm baş qaldırır, Ermənistanda baş qaldırır. Ermənistanın keçmiş faşist rəhbərləri, uşaq qatilləri Sarkisyan, Köçəryan baş qaldırırlar yenə meydan sulamağa çalışırlar. Biz onları məğlub etmişik. Onlar bizim qabağımızda diz çöküblər. Onlar tarixdə fərari kimi qalacaqlar. O cümlədən erməni xalqının tarixində Serjik Sarkisyan Robert Köçəryan fərarilər kimi qalacaqlar. Çünki Azərbaycan Ordusu Şuşaya yaxınlaşdıqca onlar Xankəndidən qorxaqcasına, dovşan kimi qaçmışdılar. Amma indi Ermənistanda, Rusiyada baş qaldırırlar. Biz heç vaxt imkan verə bilmərik ki, bizim bölgədə erməni faşizmi baş qaldırsın. Heç vaxt imkan verə bilmərik ki, Ermənistan yenə Azərbaycan üçün potensial təhdidə çevrilsin. Əgər bunu görsək, onu yerindəcə məhv edəcəyik. Bunu hər kəs bilməlidir.

Salman ALIOĞLU,

"Respublika".