ANAMA: Ötən həftə işğaldan azad edilmiş ərazilərdə 40 partlamamış hərbi sursat aşkarlanıb
Məlumat

ANAMA: Ötən həftə işğaldan azad edilmiş ərazilərdə 40 partlamamış hərbi sursat aşkarlanıb

Sentyabrın 18-dən 24-dək Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə 379,9 hektar ərazini mina və partlamamış hərbi sursatlardan təmizləyib.

"Respublika" xəbər verir ki, bu barədə ANAMA tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumatda bildirilir.

Məlumata əsasən, Tərtər, Ağdam, Laçın, Şuşa, Xocavənd, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında icra olunan əməliyyatlar nəticəsində ümumilikdə 18 piyada əleyhinə, 11 tank əleyhinə mina və 40 partlamamış hərbi sursat aşkarlanıb.