“Anatolian Phoenix - 2023
Digər xəbərlər

“Anatolian Phoenix - 2023" beynəlxalq təlimində paraşüt hazırlığı üzrə müxtəlif tapşırıqlar yerinə yetirilib

Türkiyənin Konya şəhərində keçirilən "Anatolian Phoenix - 2023" ("Anadolu Ankası - 2023") beynəlxalq axtarış-xilasetmə təlimi davam edir.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, plana uyğun olaraq, beynəlxalq təlimin növbəti mərhələsində paraşüt hazırlığı patrul fəaliyyəti üzrə müxtəlif tapşırıqlar yerinə yetirilib.

Ssenariyə əsasən, təlim iştirakçıları qəzaya uğramış ekipaj üzvlərinin şərti düşmən arxasında axtarış-xilas təxliyə edilməsi üzrə növbəti fəaliyyəti uğurla icra ediblər.

Tapşırıqların yerinə yetirilməsində əsas diqqət şəxsi heyətin paraşütlərdən istifadə bacarıqlarının təkmilləşdirilməsinə, həmçinin onların döyüş xüsusi hazırlıq səviyyəsinin daha da artırılmasına yönəldilib.

Qeyd edək ki, beynəlxalq təlimdə ölkəmizi Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları, texniki heyəti aviasiya vasitələri ilə yanaşı, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçuları təmsil edirlər.