APREL DÖYÜŞLƏRİ: QƏHRƏMANLIQ SƏHİFƏSİ
Digər xəbərlər

APREL DÖYÜŞLƏRİ: QƏHRƏMANLIQ SƏHİFƏSİ

2016- il aprelin 1-dən 2- keçən gecə gün ərzində bütün cəbhəboyu Azərbaycan mövqeləri yaşayış məntəqələri mənfur Ermənistan işğalçıları tərəfindən aramsız güclü artilleriya atəşinə tutuldu. Azərbaycanın təmas xəttinə yaxın yaşayış məntəqələrinin bombalanması nəticəsində 6 nəfər mülki sakin həlak oldu, 26 nəfər isə ağır yaralandı. Çoxsaylı ictimai şəxsi mülkiyyətə, eyni zamanda, mülki infrastrukturlara ciddi ziyan vuruldu. Düşmənin hərbi təxribatının barbarlığının qarşısını almaq üçün ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qısa müddətdə sürətli əks-hücuma keçən Azərbaycan Ordusunun qəhrəman əsgər, gizir zabitləri təcavüzkar Ermənistan ordusuna ağır zərbələr endirdi. Goranboy rayonu Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər məntəqələr düşmən qüvvələrindən tam azad edildi. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının ərazilərində işğal altında olan hektarlarla torpağımız, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələtəpə" yüksəkliyi azad edildi, üçrəngli bayrağımız sancıldı.

Ümumilikdə bu dördgünlük müharibədə 2 min hektardan artıq ərazi tam işğaldan azad edildi. Bu döyüşlər nəticəsində 320 erməni hərbçisi məhv edildi, 500-dən artığı isə yaralandı. Bəli, hərb tarixinə "Aprel döyüşləri" kimi düşən bu savaş, Şanlı Azərbaycan Ordusunun qüdrətini, əsgər zabitlərimizin vətənpərvərliyini, Vətən uğrunda hər an hər cür fədakarlığa hazır olduqlarını bir daha dünyaya nümayiş etdirdi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Aprel döyüşlərinin iştirakçısı olan hərbçilərlə görüşdə xüsusi olaraq vurğulamışdır: "Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir".

Praqmatik dövlət başçısı eyni zamanda, şanlı ordumuzun cəsurluğundan, döyüş qabiliyyətindən, vətənpərvərliyindən, torpağa olan hədsiz sevgisindən danışaraq bildirmişdir: "Ordumuzun döyüş qabiliyyəti ilə bərabər vətənpərvərlik ruhu da yüksəkdir. Biz öz torpağımızdayıq, bura Azərbaycandır. Lələtəpə Azərbaycandır, Şuşa da Azərbaycandır, Xankəndi Azərbaycandır. Biz öz torpağımızdayıq. Heç bir ölkənin torpağında gözümüz yoxdur. Ancaq öz torpağımızda ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcəyik. Aprel döyüşləri bunu bir daha sübut etdi".

Aprel döyüşləri zamanı Azərbaycan xalqının birlik nümayiş etdirdiyini bunu bütün dünyanın gördüyünü vurğulayan Lələtəpə istiqamətində gedən döyüşlərin iştirakçısı leytenant Səbuhi Mehdizadə qürurla bildirib: "Lələtəpə mühüm strateji əhəmiyyətə malik bir yüksəklikdir. Biz həmin yüksəkliyi azad etmək üçün döyüşlərə qatılanda içimizdə yalnız ruh yüksəkliyi var idi. Lələtəpəyə gedəndə içimizdə qorxu yox, yalnız sevinc hissi vardı. Orada biz fikirləşmirdik ki, biz yaralana, ölə bilərik. Yeganə düşündüyümüz o idi ki, düşməni məhv edib ərazimizi, mövqelərimizi möhkəmləndirək. Bu yüksəkliyin azad edilməsi böyük uğurdur. Düşmən bizdən çox zəifdir, qorxaqdır. Çünki onlar oranı tərk edərkən öz silahlarını atıb qaçmışdılar, bizim torpaqlarımızda qurduqları postları atıb qaçmışdılar. İndi bu yüksəkliyin sayəsində həmin istiqamətdə düşmənin bütün hərəkətlərini izləyə bilirik". Cəsur kapitan Rauf Musayev isə bildirib: "Mən döyüş yoldaşlarım həmin ərazidə düşmənin təxribatının qarşısını almaq üçün vuruşduq əks-həmlə edərək erməniləri o ərazidən çıxardıq. Talış kəndinin ən əsas strateji əraziləri bizim nəzarətimizə keçdi. Düşmənin obyektlərini, texnikalarını, canlı qüvvələrini məhv etdik. Düşmən bizim mərdliyimizdən, döyüş ruhumuzdan qorxur. Ermənilər yaralı əsgərləri meyitləri döyüş meydanında qoyub qaçırdılar. Düşmənin şəxsi heyəti çatışmadığından onlar yaşlı adamların, təcrübəsiz insanların köməyindən istifadə edirdilər. Belə hallarda olmuşdu ki, ermənilər qaçan əsgərlərini qollarından iriçaplı silahlara bağlamışdılar. İnanmıram ki, ermənilər bizə müqavimət göstərə bilsinlər. Bizim ordumuz döyüş ruhu, döyüş əzmi ilə güclüdür, bizim ən müasir silah texnikamız var".

Bəli, qələbə ilə nəticələnən döyüşlər, Azərbaycanın öz torpaqlarını işğalçı qoşunlardan təmizləmək qüdrətində olduğunu bir daha sübuta yetirdi Azərbaycan xalqının erməni işğalı altında olan torpaqların hərbi yolla azad edilməsinə daha çox inamını möhkəmləndirdi. Həmçinin, Azərbaycanın düşmən üzərində böyük qələbəsini yaxınlaşdırdı, bu istiqamətdə çox önəmli tarixi bir addım oldu. Ermənistan silahlı qüvvələrində isə böyük çaxnaşma yaratdı.

2020-ci il sentyabrın 27- Ermənistan ordusu işğal olunmuş ərazilərimizdən yaşayış məntəqələrimizi iriçaplı silahlardan ağır artilleriyadan atəşə tutmağa başladı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz əks-hücum əməliyyatlarına başladı nəticədə yağı düşmənin işğal altında saxladığı rayonlarımız yaşayış məntəqələrimiz geri alındı. 2020-ci ilin 44 günlük Vətən müharibəsindəki "Dəmir yumruq" isə düşmənin illər boyu yaratdığı mifi darmadağın etdi. Xain düşmənlər qanunsuz olaraq işğal altında saxladıqları torpaqlarımızda nəinki daşı daş üstünə qoyub, əksinə Azərbaycanın həmin yaşayış məntəqələrində işğaldan əvvəl mövcud olmuş bütün obyektləri, infrastrukturu, dini mədəni abidələrimizi talan məhv etmişlər. Ermənilər müsəlman ölkəsi olan Azərbaycanın məscidlərini dağıtmaqla, mal donuz tövləsinə çevirməklə nəinki xalqımızı, o cümlədən bütün müsəlman ölkələrini təhqir ediblər. Onlar pravoslav kilsəsində barbarlığa yol vermiş, xristianlıqdan sui-istifadə etdiklərini dəlil kimi ortaya qoymuşlar.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev həmişə bəyan edir ki, Ermənistanın müstəqil bir ölkə kimi fəaliyyəti qonşularla münasibətlərini tənzimləməkdən öz qüvvələrini Azərbaycan torpaqlarından qeyd-şərtsiz dərhal çıxarmaqdan asılıdır: "Biz sadəcə olaraq çalışırıq ki, məsələ sülh yolu ilə həll olunsun. Ancaq son illər ərzində aldığımız ən müasir, - mən onu bir daha qeyd etmək istəyirəm, -dünyanın ən müasir silahları bizə çox böyük imkan yaradır. Aprel döyüşləri zamanı biz sadəcə olaraq imkanlarımızın cüzi bir faizini nümayiş etdirdik. Bu, bir daha onu göstərir ki, Aprel döyüşləri Ermənistanın təxribatı idi. İndi bəziləri müxtəlif versiyalar, fərziyyələr irəli sürürlər ki, Azərbaycan əməliyyat keçirməyi planlaşdırırdı, o da sonra dayandırıldı sair. Birincisi, biz nəyi etmək istəmişiksə, onu da etmişik. Əks-hücum əməliyyatında qarşımızda hansı hədəflər durmuşdusa, biz o hədəflərə çatdıq. Bu gün hərbçilər beynəlxalq mütəxəssislər bilirlər ki, əldə etdiyimiz strateji mövqelər tamamilə vəziyyəti dəyişdirib. Əgər Aprel döyüşləri zamanı genişmiqyaslı əməliyyat keçirmək fikrində idiksə, biz öz hərbi potensialımızdan istifadə edərdik. Bunlar sirr deyil. Burada hər şey beynəlxalq monitorinq altındadır. Bilirlər ki, bizim uzaqmənzilli raketlərimizin, pilotsuz döyüş aparatlarımızın gücü nədən ibarətdir. Biz onlardan demək olar ki, istifadə etmədik. Amma əgər istifadə etsək, işğal olunmuş torpaqlarda düşmənin daşı daş üstdə qalmayacaq. Bunu onlar bilsinlər özünü növbəti dəfə biabır edən Ermənistanın siyasi rəhbərliyi danışığına fikir versin bizim səbrimizlə oynamasın".

Aprel döyüşlərində qazanılan qələbədən sonra Cocuq Mərcanlı kəndində təhlükəsiz yaşayışın bərpa edilməsinə, insanların öz ata-baba yurdlarına qaytarılmasına əlverişli şərait yarandı. Kənddə böyük quruculuq işlərinə başlandı. Böyük Qayıdışın başlanğıcı olan bu kəndin bərpası ilə bağlı görülən işlər çərçivəsində fərdi yaşayış evləri, infrastrukturun tikintisi ilə yanaşı, yeni müasir məktəb binası da inşa edilib, istifadəyə verildi. Böyük Qayıdışın başlanğıcı olan bu kəndin bərpası ilə bağlı dövlət səviyyəsində həyata keçirilən tədbirlər bir daha təsdiqlədi ki, Azərbaycan öz torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq, düşmən tapdağı altında qalan əzəli torpaqlarımızın azad olunması uğrunda mübarizədən çəkinməyəcəkdir. Belə oldu...

Bu gün Cocuq Mərcanlıda inşa olunan məktəb, məscid başqa infrastrukturlar kimi, işğaldan azad olunan digər ərazilərimiz yenidən qurulur. Ümumiyyətlə, işğaldan azad olunan ərazilərdə həyat yenidən canlanır. Bəli, praqmatik dövlət başçısı cənab İlham Əliyevin "Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi Azərbaycanın tərkibində həmişə olub, bu gün onun tərkibindədir, gələcəkdə olacaq" sözləri bir daha təsdiqləyir ki, Azərbaycan torpaqlarında ikinci qondarma erməni dövlətinin yaradılmasına heç vaxt icazə verilməyəcək.

Zabit XƏLİLOV,

"Respublika".