29-30 iyulda “Kənddən Şəhərə” yarmarkası təşkil olunur
Digər xəbərlər

29-30 iyulda “Kənddən Şəhərə” yarmarkası təşkil olunur

29-30 iyul tarixlərində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən “Respublika”ya bildirib ki, yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii, mövsümi və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.
Yarmarkada müxtəlif regionlardan gələn fermerlər öz məhsullarını paytaxt sakinlərinə təqdim edəcəklər.
Nərimanov rayonu, Fətəlixan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanında keçiriləcək yarmarkada satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Belə ki, yarmarkada Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlarla boratoriyanın xidmətlərindən faydalana biləcəklər.
Qeyd edək ki, yarmarkada iştirak edəcək fermerlər piştaxta, tərəzi, soyuducu və digər lazımi ləvazimat və avadanlıqlarla ödənişsiz şəkildə təmin olunacaqlar. Həmçinin, məhsulların daşınmasında çətinlik çəkən fermerlərə loqistik dəstək göstərilərək, məhsulları təsərrüfatlarından birbaşa yarmarka keçirilən ünvana çatdırılması təmin edliir.
Nəriman Cavadov,
“Respublika”