Başqasına ziyan vurmağı öz maraqlarından belə üstün tutmaq ermənilərin dəyişməz xarakteridir
Digər xəbərlər

Başqasına ziyan vurmağı öz maraqlarından belə üstün tutmaq ermənilərin dəyişməz xarakteridir

Hələ XIII əsrdə yaşamış, Şərqin böyük mütəfəkkiri Sədi Şirazi yazırdı ki, "ermənidir yer üzünün Əhriməni, insanlığın düşmənidir, düşməni". Qədim Zərdüştlük dininə görə, Əhrimən sözünün mənası pisniyyətli və ya xəbis ruh deməkdir. Şərin və zülmətin simvolu hesab olunan bu bədheybət məxluqu xainliyinə görə ermənilərə bənzətsək, yanılmarıq. Müasir dövrün Əhriməni olan ermənilər hər zaman xalqımıza, türk millətinə qarşı müxtəlif soyqırımları, terror aktları, repressiyalar həyata keçiriblər. Hələ 1905-1906-cı illərdə, habelə 1918-1920-ci illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda və s. tarixi torpaqlarımızda dinc əhali erməni daşnaklarının törətdiyi vəhşiliklərin qurbanı olub. Bundan başqa, 1905-1907, 1948-1953 və 1988-ci ildən bəri baş verən hadisələr də erməni faşizminin, vəhşiliyinin bariz nümunəsidir.

1992-ci il fevral ayının 26-na keçən gecə Xocalı şəhərinin erməni silahlıları tərəfindən yerlə-yeksan olunması, böyük sayda uşaq, qadın, qocaların məhv edilməsi düşmənin amansızlığının təzahürüdür. Nəticədə, yüz minlərlə soydaşımız vəhşicəsinə qətlə yetirilib, ağlasığmaz işgəncələrə məruz qalıb. Hayların bu cür qaniçən əməlləri məhz faşizmə xas olan terrorçuluq siyasətindən heç də geri qalmır. Xüsusi vurğulamaq lazımdır ki, Ermənistanın uzun illər yürütdüyü işğalçılıq siyasəti nəticəsində təkcə torpaqlarımız işğal edilməyib, bununla yanaşı, Azərbaycan xalqına məxsus çoxəsrlik qədim tarixi-dini abidələr dağıdılaraq yerlə-yeksan edilib, onların bir qismi isə saxtalaşdırılıb. Şübhəsiz ki, xain qonşumuzun bu cür vandal əməllərinin arxasında xalqımızın minilliklər ərzində yaşadığı torpaqlarda həm tarixi keçmişini, həm də mənəvi yaddaşını məhv etmək niyyəti dayanıb. Ölkəmizə qarşı 200 ildən artıq müddətdə davam etmiş erməni təcavüzünün qurbanları həm də müqəddəs ocaqlar və məbədlər olub. Ümumilikdə, Ermənistanın ölkəmizə hərbi təcavüzü nəticəsində işğal edilmiş torpaqlarımızda dünya sivilizasiyasının mədəniyyət nümunələri olan abidələrimiz erməni vandalizminin qurbanına çevrilib. Hələ sovet hakimiyyəti dövründə ölkəmizdəki bir çox mədəni-tarixi abidələrimiz dövlət tərəfindən qeydiyyata alınmamışdı. Bu da xain hayların işğal etdikləri Qarabağ və ətraf rayonlardakı minlərlə abidəni "erməniləşdirməyə" cəhd etməsinə şərait yaratmışdı. Azərbaycan torpaqlarındakı yüzlərlə tarixi abidəni öz adlarına çıxmağa çalışan erməni vandalları muzeylərdəki nadir tarixi eksponatları, qiymətli incəsənət nümunələrini talan edib, onlarda əksini tapan Azərbaycan, islam elementlərini silərək, erməni yazıları ilə əvəz ediblər.

Ermənistanın dağıdıcılıq siyasətini İkinci Qarabağ müharibəsi dövründə də açıq şəkildə görmək mümkün idi. 44 gün davam edən müharibədə bütün dünya Azərbaycanın döyüş meydanındakı üstünlüyünə şahidlik etdi. Əldə etdiyimiz şanlı qələbə nəticəsində, düşmən əbədi məğlubiyyətə düçar oldu. Öz məğlubiyyətini həzm edə bilməyən Ermənistan ərazilərimizi tərk edərkən də vandallıqlarını bir daha nümayiş etdirdi. Belə ki, onlar özləri ilə apara bilmədikləri hər şeyi yandırıb məhv etdilər. Dövlətimizin başçısının Rusiyanın İnterfaks agentliyinə müsahibəsi zamanı söylədiyi fikirlər Ermənistanın barbarlığını bir daha təsdiqləyir. İlham Əliyev bildirib ki, ordumuz Füzuli şəhərini işğaldan azad edəndə orada bayrağımızı ucaltmaq üçün bir salamat bina tapa bilmədik: "Təsəvvür edirsinizmi? Bütün şəhərdə, halbuki orada 10 minlərlə insan yaşayırdı. Bircə bina da qalmayıb. Mənə zəng vurdular, dedim ki, bayrağı dirək üzərində qaldırın. Görün, onlar nə ediblər. Ağdamın, Cəbrayıl rayonunun xarabalıqlarına baxın. Hər şey dağıdılıb. Elə bil buradan vəhşilər keçiblər. Elə bil bunlar insan deyilmiş. Onlar hər şeyi söküb-dağıdıblar. Evlərin damlarını, pəncərə çərçivələrini, hətta unitazları da. Bu, sadəcə, quldurluqdur". Düşmənin xain əməlləri sadəcə bunlarla da yekunlaşmır. Belə ki, onlar müharibə zonasından kənarda yerləşən obyektləri atəşə tutmaqla yanaşı, mülki şəxsləri də qətlə yetirib. Ermənistan 44 günlük müharibə zamanı Bərdə, Goranboy, Gəncə, Beyləqan, Ağcabədi, Füzuli, Mingəçevir, Daşkəsən, Cəbrayıl, Tovuz rayonlarının dinc sakinlərini hədəfə alıb. Bir məsələni də qeyd etmək lazımdır ki, mülki və hərbi obyektlər qadağan edilmiş silahlardan atəşə tutulub. Halbuki, həmin silahların istifadəsi beynəlxalq səviyyədə qadağan edilib. Həmçinin Ermənistanın Azərbaycan ərazilərini minalaması nəticəsində xeyli dinc sakin həyatını itirib. Buradan bir daha bəlli olur ki, Ermənistan öz maraqları naminə ziyan vurmağı daha üstün tutur.

Son olaraq ermənilərin elə əzəldən bu cür xain xislətə malik olduğunu təsdiqləyəcək bir rəvayəti xatırlatmaq istərdim: “Deyilənə görə, bir gün Tanrı bütün millətlərin nümayəndələrini ətrafına toplayır və bildirir ki, onlara istədiklərini verəcək. Amma həmin nümayəndələr Tanrıdan nə tələb edəcəklərsə, onların istəklərinin ikiqat daha artığı onun qonşusuna nəsib olacaq. Millətlərin hamısı öz istəklərini Tanrıya bildirir. Kimisi məhsuldar torpaq arzulayır, kimisi mal-qara. Növbə erməniyə çatanda bir daha onun xəbis niyyəti özünü büruzə verir. O, Tanrıdan sadəcə bir gözünün çıxarılmasını istəyir…”.

Nəzrin ELDARQIZI,

"Respublika".