Asiya Kuboku: Qətər millisi ikinci qələbəsini qazanıb
İdman

Asiya Kuboku: Qətər millisi ikinci qələbəsini qazanıb

Qətərdə təşkil olunan futbol üzrə Asiya Kubokunun qrup mərhələsinin ikinci turunun oyunları davam edir.

"Respublika" xəbər verir ki, dünən A qrupunda iki matç keçirilib.

Qətər millisi ikinci oyunda da qalib gəlib. Komanda bu dəfə Tacikistan seçməsini 1:0 hesabı ilə məğlub edib. Qrupun digər qarşılaşmasında isə Livan və Çin yığmaları üz-üzə gəlib. Bu görüşdə qapılara qol vurulmayıb – 0:0.

Qeyd edək ki, Asiya Kubokuna fevralın 10-da yekun vurulacaq.