Aşkarlanmış kütləvi məzarlıqlarla bağlı bütün hüquqi tədbirlərin görülməsi təmin ediləcək
Digər xəbərlər

Aşkarlanmış kütləvi məzarlıqlarla bağlı bütün hüquqi tədbirlərin görülməsi təmin ediləcək

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hərbi siyasi-diplomatik yolla bir qərinəyə yaxın müddətdə işğal altında olan tarixi torpaqlarımız azad olunub. Prezidentimizin rəhbərliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi xalqımızın əzmkarlığı ilə həmin ərazilərdə yüksək intensivliklə abadlıq-quruculuq işləri həyata keçirilir.

Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən, Dövlət Təhlükəsizliyi Xidmətinin, Əsir itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının, Beynəlxalq Qızıl Xaç Komitəsinin digər müvafiq qurumların nümayəndələri ilə birlikdə Şuşa rayonunun Daşaltı, Xocavənd rayonunun Edilli, Ağdam rayonunun Sırxavənd, Xocalı rayonunun Fərrux, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndləri digər ərazilərdə aparılmış müvafiq axtarış tədbirləri nəticəsində aşkarlanan kütləvi məzarlıqlardan, eləcə Şuşa həbsxanasının ərazisindən Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərə məxsus olması ehtimal olunan xeyli sayda insan meyitinin qalıqları ekshumasiya edilib. Həmin meyit qalıqları ilə bağlı məhkəmə-tibbi kriminalistik məhkəmə molekulyar-genetik ekspertizaları təyin edilərək icraya yönəldilib digər zəruri hərəkətlər yerinə yetirilib.

Bu fikirləri  hərbi prokurorun böyük köməkçisi, Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev açıqlamasında deyib.

Qeyd edib ki, Baş prokurorun müaviniHərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev qeyd olunan ərazilərə gedərək həmin cinayət işinin istintaqının gedişatı ilə yerində maraqlanıb, müvafiq tövsiyələr tapşırıqlar verib.

Hərbi prokurorun böyük köməkçisi bildirib ki, Ermənistanın silahlı qüvvələri qanunsuz erməni silahlı birləşmələri tərəfindən xalqımıza qarşı törədilmiş sülh insanlıq əleyhinə olan, müharibə, terrorçuluq, qəsdən adam öldürmə digər cinayət faktları ilə bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 103- (Soyqırımı), 120.2.12-ci (Milli, irqi, dini ədavət ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) digər maddələri ilə istintaq olunan cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri Baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin nəzarəti Baş prokurorun müavini, Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevin ibtidai araşdırmaya prosessual rəhbərliyi ilə davam etdirilir.

Qanunvericiliyin beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma prinsiplərinin tələblərinə uyğun olaraq bütün hüquqi tədbirlərin görülməsi təmin ediləcək.

"Respublika".