“ATA İttifaqı
Digər xəbərlər

“ATA İttifaqı"ndan prezidentliyə namizəd Sinan Oğan Rəcəb Tayyib Ərdoğanı dəstəkləyib

"ATA İttifaqı"ndan prezidentliyə namizəd Sinan Oğanın mayın 14- prezident seçkilərində 5,17 faiz səs toplaması seçkinin II tura keçirilməsində vacib məqam olmuşdu.

S.Oğanın 2 milyon 829 min 634 seçicinin səsini qazanaraq seçkinin nəticələrinə birbaşa istiqamət verəcək mövqedə olması, II turda  ona səs verən seçicilərin prezidentlik uğrunda mübarizə aparan, "Cümhur İttifaqı"nın namizədi Rəcəb Tayyib Ərdoğanı, yoxsa Cümhuriyyət Xalq Partiyasının sədri, "Millət İttifaqı"nın namizədi Kamal Kılıçdaroğlunu dəstəkləyib-dəstəkləməyəcəyi hamının maraq dairəsində idi.

S.Oğan hansı namizədi dəstəkləyəcəyi ilə bağlı 5 vacib şərt müəyyən etmişdi. Bunlar Konstitusiyanın ilk dörd maddəsinin dəyişməzliyi, 66- maddədə yer alan türklüyün Konstitusiyadan çıxarılması cəhdinə (bir müddət öncə DEVA Partiyasının sədri Ali Babacan "Türkiyə dövlətinə vətəndaşlıqla bağlı olan hər kəs türkdür" ifadəsinin yer aldığı 66- maddənin yenidən nəzərdən keçirilməli olduğunu bildirib) qarşı sərt mövqe sərgiləmək, 13 milyon qaçqını göndərmək, son iqtisadi böhranın əsas səbəbləri olan faiz, inflyasiya, nəticə spiralından xilas olmaq, terror təşkilatları onların siyasi strukturları ilə əlaqədə olmamaqdır. Mayın 22- ikinci turla bağlı qərarını mətbuat konfransında açıqlayan S.Oğan deyib ki, mayın 28- keçiriləcək prezident seçkilərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcək. Sinan Oğan Türk Dövlətləri Təşkilatının gücləndirilməli olduğunu da bildirib.

Politoloq İlyas Hüseynov hər iki namizədin qalib olması üçün Sinan Oğanın səslərinə böyük ehtiyac olduğunu qeyd edir: "Türkiyədə I turda keçirilən seçkilərin nəticəsində qalibi müəyyən etmək mümkün olmamışdı. Çünki namizədlərdən heç biri 50 faizdən çox səs toplaya bilmədi. Bu səbəbdən mayın 28- II  tur prezident seçkiləri keçiriləcək. Rəcəb Tayyib Ərdoğan Kamal Kılıçdaroğlu arasında mübarizə böyük maraq doğurur. Eyni zamanda I tur seçkilərinin yekunlarına əsasən Sinan Oğan 5 faizdən çox səs toplamışdı. Bu da yüksək bir göstərici sayılır. Hər iki namizəd qalib gəlmək üçün Sinan Oğanın səslərinə ehtiyac duyur. Bu baxımdan onun qazandığı səslər mühüm əhəmiyyət kəsb edir. Sinan Oğanın hansı namizədi dəstəkləməsi fonunda açıqlaması  rezonans doğurmaqla yanaşı, böyük rəğbətlə qarşılandı".

Ekspert Azərbaycanda ictimai rəyin Sinan Oğanın seçimini təqdir etdiyini bildirir: "Onun Azərbaycan kökənli olması, vaxtilə İqtisad Universitetində dərs deməsi, Azərbaycana gözəl münasibəti, ictimai rəydə onun şəxsiyyətini bir qədər yüksəldir. Lakin R.T.Ərdoğan Azərbaycanın böyük dostudur. Vətən müharibəsində ölkəmizə verdiyi siyasi mənəvi dəstək, postmüharibə reallıqlarında Şuşa Bəyannaməsinin imzalanması dövlətimizin mövqeyinin dəstəklənməsi əlbəttə, bizim üçün hazırkı seçimlərdə Ərdoğanı daha üst mövqeyə qaldırır. Artıq böyük əminliklə söyləmək olar ki, R.T.Ərdoğan Azərbaycanın müstəqilliyinin elan olunduğu gündə keçiriləcək prezident seçkilərinin II turunda  qalib gələcəkdir. Parlament seçkilərində AKP-nin qalib gəlməsi prezident seçkilərində böyük üstünlük hesab olunur. Rəcəb Tayyib Ərdoğanın qalib gələcəyi ilə bağlı heç bir şübhə yoxdur. Qardaş Türkiyənin güclənməsi, inkişafı Azərbaycanın da uğuru hesab olunur", - deyə İlyas Hüseynov  vurğulayıb.

Musa BAĞIRLI,

"Respublika".