Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar rəsm müsabiqəsi
Digər xəbərlər

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar rəsm müsabiqəsi

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin şagirdləri arasında keçirilən “Təbiət bizim evimizdir” rəsm müsabiqəsinə yekun vurulub. Bu barədə Agentliyin məlumatında bildirilir.

Müsabiqənin məqsədi uşaqların Azərbaycan təbiətinə sevgi və marağının daha da artırılması, ətraf mühitin mühafizəsinə diqqət çəkilməsi, həmçinin gənc istedadların yaradıcı təfəkkürünün inkişafına xidmət edən qabiliyyətlərin aşkara çıxarılmasıdır.

Tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin təbiətə, ətraf mühitin qorunmasına olan qayğıkeş münasibətindən, gənc nəsil arasında həmin hisslərin təbliğ olunmasının zəruriliyindən bəhs ediblər. Şagirdlər isə fərdi bacarıqlarını nümayiş etdirərək Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirib, rəqs nömrələri ifa ediblər.

“Respublika”.