Avropa ilə Qərbi Azərbaycan İcmasının faydalı dialoqu regiondakı sabitliyə xidmət edir
Digər xəbərlər

Avropa ilə Qərbi Azərbaycan İcmasının faydalı dialoqu regiondakı sabitliyə xidmət edir

Qərbi Azərbaycan İcması öz yurdlarından didərgin düşmüş vətəndaşlarımızın hüquqlarını qorumaq üçün davamlı addımlar atır. Bu çərçivədə İcma beynəlxalq səviyyədə məsələnin həllinə səy göstərir. 44 günlük Vətən müharibəsindən öncə bu barədə gedən danışıqlar imkansız kimi görünsə , bu gün artıq Qərbi Azərbaycan İcması Avropa ilə sıx dialoq aparır.

Qalib ölkə kimi regionda yaratdığımız yeni reallıqların fonunda Qərbi azərbaycanlı soydaşlarımızın doğma torpaqlarına qayıtması Azərbaycan dövlətinin gündəliyində əsas yer tutur. Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyinin Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasını BMT Təhlükəsizlik Şurasının Baş Assambleyasının İqtisadi Sosial Şurasının rəsmi sənədi kimi yayımlanması siyasi hüquqi baxımdan çox əhəmiyyətli məqamları özündə ehtiva edir. Belə ki, sözügedən sənədin yayımlanması İcmanın beynəlxalq səviyyədə tanınmasını təmin edir haqq səsimizin dünyada yayılmasına xidmət göstərir. Xüsusilə, Qayıdış Konsepsiyasının vacib başlıqlar altında yayımlanması birbaşa Ermənistana qarşı ictimai fikrin formalaşdırılması üçün əsas alətdir.

Qərbi Azərbaycan İcması mart ayında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə, Avropa Şurası Parlament Assambleyasına müraciətlər göndərərək həmin qurumları Qərbi azərbaycanlıların geri qayıdış hüququnun təmin olunması, eləcə bununla bağlı monitorinqlər aparılmasına -nin müdaxiləsini xahiş etmişdi. İyunun 12- bu müraciətlərə rəsmi cavab verən bildirib ki, bütün müvafiq əhali qruplarının geri qayıtmaq hüququnu birmənalı şəkildə dəstəkləyir bu məsələnin sülh prosesi çərçivəsində əhəmiyyətini qeyd edir.

Avropa İttifaqı Ermənistan Azərbaycan arasında davamlı sülhün yaradılmasında, münasibətlərin normallaşmasında Cənubi Qafqazdakı sabitliyin bərqərar olmasında maraqlıdır. Məhz bu məqamda, qurumun Qərbi azərbaycanlı həmvətənlilərimizin hüquq azadlıqlarının bərpası üçün atacağı addımlar olduqca böyük önəm kəsb edir. Bununla yanaşı, Avropa İttifaqının soydaşlarımızın öz vətənlərinə qayıtmaq hüququnu dəstəkləməsi Azərbaycanın Avropa üçün etibarlı tərəfdaş olması İcmanın fasiləsiz fəaliyyətinin nəticəsidir. Humanizm beynəlxalq hüquq çərçivəsində Avropanın da əsas fəaliyyət prinsipi kimi soydaşlarımızın tez bir zamanda yurd-yuvalarına qayıdışını təmin etmək, heç şübhəsiz qurumun əhatə dairəsini nüfuzunu önəmli şəkildə artıracaq.

Avropa Qərbi Azərbaycan İcması arasındakı qarşılıqlı səmərəli dialoqun daha bir nümunəsi kimi, İcmanın bu il martın 27- BMT-nin Təhsil, Elm Mədəniyyət Təşkilatına (UNESCO) müraciət edərək indiki Ermənistan ərazisində Azərbaycan mədəni irsinin kütləvi dağıdılması faktlarına diqqət çəkməsini göstərmək olar. Qeyd edək ki, İcma öz müraciətində bu sahədə vəziyyətin qiymətləndirilməsi üçün Ermənistana səlahiyyətli missiyanın göndərilməsini rica etmişdir. Bununla yanaşı, Qərbi Azərbaycan İcması məsələyə beynəlxalq nəzəri cəlb etmək UNESCO-nun bu məsələ ilə məşğul olmasını təmin etmək üçün müvafiq xarici dövlətlər, beynəlxalq regional təşkilatlar ilə davamlı təmaslar qurur. Bunun nəticəsi kimi, UNESCO-nun Qərbi Azərbaycan İcmasının müraciətinə rəsmi cavabında bildirilib ki, Ermənistan ərazisində Azərbaycan mədəni irsinin vəziyyəti barədə İcmanın qaldırdığı məsələ qurumun mandatına birbaşa aiddir müvafiq mexanizmlərdən istifadə etməklə məsələ ilə yaxından məşğul olunur.

UNESCO-nun Qərbi Azərbaycan İcmasının müraciətinə rəsmi cavab verməsi çox önəmlidir. Təşkilatın mətbuat xidmətinin bu barədə açıqlamasında qeyd edilir ki, UNESCO-nun İcmaya göndərdiyi məktub indiki Ermənistan ərazisində Azərbaycan mədəni irsinin məhvi məsələsinin beynəlxalq gündəliyə gətirilməsi, bu sahədə praktik addımların atılması beynəlxalq aləmdə İcmanın mötəbərliyinin artması, o cümlədən UNESCO ilə İcma arasında predmetli dialoq yolunda mühüm inkişafdır. İcma indiki Ermənistanda Azərbaycan mədəni irsinin məhv edilməsinin dayandırılması dağıdılmış olanların bərpası üçün beynəlxalq hüququn normaları mexanizmləri çərçivəsində UNESCO ilə dialoq qarşılıqlı fəaliyyətini davam etdirəcək. Qürurvericidir ki, BMT Katibliyi Qərbi Azərbaycan İcmasının UNESCO-nun Baş direktoru Odri Azuleyə ünvanladığı məktubu BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının İqtisadi Sosial Şurasının rəsmi sənədi kimi yayıb. İcmanın rəhbər heyətinin, Qərbi Azərbaycandan olan ziyalıların, mədəniyyət incəsənət xadimlərinin, şair yazıçıların imzaladığı müraciət BMT-nin bütün rəsmi dillərində (ingilis, fransız, rus, Çin, ərəb ispan), silahlı münaqişələrin qarşısının alınması, sülh quruculuğu, qaçqınların hüquqlarının qorunması, irqi ayrı-seçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviq olunması, soyqırımının, etnik təmizləmənin insanlığa qarşı cinayətlərin qarşısının alınmasına dair bəndləri altında yayılıb.

Bununla yanaşı, dünən Qərbi Azərbaycan İcması Roma papası Fransiskə məktub göndərərək Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərini, qəbiristanlıqlarını müqəddəs yerlərini ziyarət edə bilmələri üçün onun dəstəyini xahiş edib. Məktubda, dinlərarası dialoqun barışığın təmin olunmasında Roma papasının önəmi vurğulanıb: "Sizin möhtərəm mövqeyiniz böyük mənəvi çəkiyə malikdir biz təvazökarlıqla Sizdən azərbaycanlıların Ermənistanda qalmış evlərini, qəbiristanlıqlarını müqəddəs yerlərini ziyarət etmələrinə imkan verəcək etimad quruculuğu tədbirlərinin həyata keçirilməsində yardımınızı xahiş edirik. Xalqımıza öz irsi ilə yenidən qovuşmağa onlar üçün dərin mənəvi əhəmiyyət kəsb edən yerlərdə dua etməyə imkan verən bu sadə akt şəfa barışıq yolunda güclü bir addım olardı".

Soydaşlarımız əzəldən bəri indiki Ermənistan ərazisində əhalinin əsas hissəsini təşkil edirdilər. Lakin bu gün erməni separatçılığının, vandalizmin, terrorizmin nəticəsi kimi bu yerlərdə nəinki bir azərbaycanlı tapmaq, tarixi mədəni irsimizin izlərini belə aşkar etmək mümkün deyil. Ermənistan hökuməti Azərbaycanın maddi qeyri-maddi mədəni irsini azərbaycanlılara qarşı etnik ayrı-seçkiliyi təşviq edən təbliğat aparmaqla dağıdıb ya ona zərər vurub. Dünya ictimaiyyəti bilməlidir ki, yüz minlərlə azərbaycanlı öz ata-baba yurdundan qovulub. Hər bir Qərbi azərbaycanlının əlində bu faktları təsdiq edən bir neçə rəsmi sənəd var. Doğum şəhadətnaməsi, orta ali təhsili bitirmə haqqında sənədlər, mülklərin sənədləri digər sübutlar yüz minlərlə azərbaycanlının Ermənistan ərazisində anadan olduğunu uzun müddət yaşadığını təsdiqləyir. Bütün beynəlxalq konvensiya prinsiplərlə təsdiq olunmuş yaşamaq hüququnun pozulması faktının aradan qaldırılması vaxtı çatıb. İnsanlıq əleyhinə cinayət hesab edilən kütləvi deportasiya qınanılmalı Ermənistan məsuliyyətə cəlb olunmalıdır.

Nurlan ABDALOV,

"Respublika".