Hava şəraiti ilə əlaqədar zəruri tədbirlər görülür
Digər xəbərlər

Hava şəraiti ilə əlaqədar zəruri tədbirlər görülür

Hazırda paytaxt Bakıda və regionlarda müşahidə edilən kəskin hava şəraiti ilə əlaqədar sərnişinlərin və yüklərin mənzil başına vaxtında və təhlükəsiz  çatdırılmasını təmin etmək, eləcə də yarana biləcək problemlərin vaxtında aradan qaldırılması məqsədilə "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən zəruri tədbirlər həyata keçirilir.

Şaxtalı hava şəraitində qarın təmizlənməsi və xüsusi təyinatlı texnika vasitəsilə platformalara və keçidlərə duz və kimyəvi maddələrin səpilməsi müntəzəm qaydada icra edilir. Təmizləmə işləri mərkəzlə yanaşı, Bakıətrafı və  regionlarda fəaliyyət göstərən platforma və stansiyalarda da aparılır.

"Azərbaycan Dəmir Yolları" QSC-dən verilən məlumata görə, 9 yanvar tarixinə olan məlumata əsasən, elektrik qatarlarının qrafikində ciddi gecikmə halları müşahidə olunmayıb. Yalnız Bakı-Pirşağı-Sumqayıt istiqamətində hərəkət edən bir sərnişin qatarında gecikmə qeydə alınıb. Belə ki, Bakı-Pirşağı-Sumqayıt istiqamətinin 46-cı km-də kontakt şəbəkəsində baş vermiş texniki nasazlığa görə qatar əks istiqamətdə hərəkət edərək Sumqayıt şəhərinə çatıb. Bu da öz növbəsində qatarın Abşeron dairəvi dəmir yolu üzrə qrafikində cüzi gecikməyə səbəb olub.  

"Respublika".